“İnnovativ dövlət idarəçiliyi texnologiyaları və onların tətbiqi” mövzusunda təlim keçirilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 30 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu çərçivədə dövlət idarəçiliyində şəhərsalma, davamlı inkişaf, ağıllı şəhər və əlaqəli sahələr üzrə bilik və bacarıqların artırılması xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında akademik Urxan Ələkbərov tərəfindən Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün onlayn formatda “İnnovativ dövlət idarəçiliyi texnologiyaları və onların tətbiqi” mövzusunda təlim keçirilib.
DİA-dan AZƏRTAC-a bildirilib ki, təlim zamanı müasir dövlət idarəçiliyində innovativ texnologiyaların tətbiqi, eləcə də bu texnologiyaların idarəetmənin səmərəliliyinin artırılmasında rolu ətraflı şəkildə təqdim olunub.
Akademik Urxan Ələkbərov qeyd edib ki, bu gün Azərbaycan Respublikası malik olduğu iqtisadi, institusional və texnoloji imkanlara görə bir çox ölkələri qabaqlayaraq daha ön sıralarda yer alır. O vurğulayıb ki, bu nailiyyətlərin əsasını Prezident İlham Əliyevin qabaqcıl və uzaqgörən siyasəti, strateji düşüncəyə əsaslanan idarəetmə modeli və ardıcıl şəkildə həyata keçirilən islahatlar təşkil edir. Məhz bu siyasət nəticəsində ölkədə dövlət idarəçiliyinin səmərəliliyi artırılıb, innovativ yanaşmalar tətbiq edilib və Azərbaycanın davamlı inkişafı təmin olunub.
Rektor çıxışında dövlət idarəçiliyində liderliyin institusional davamlılıq, strateji baxış və ictimai etimadın formalaşmasında həlledici rolunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin güclü siyasi iradəyə, sistemli düşüncəyə və böhran şəraitində rasional qərarvermə bacarığına əsaslanan liderlik modeli müasir Azərbaycan dövlət idarəçiliyinin təməlini formalaşdırlb. Bu strateji xətt Prezident İlham Əliyev tərəfindən innovativ idarəetmə yanaşmaları, çevik institusional islahatlar və qlobal çağırışlara adaptiv cavab mexanizmləri ilə uğurla davam etdirilir.
Akademik Urxan Ələkbərov təlimdə Azərbaycanın uzunmüddətli enerji strategiyasına xüsusi diqqət ayırıb. Vurğulayıb ki, müstəqillik dövründən etibarən ölkəmizin enerji strategiyası iqtisadi inkişaf, beynəlxalq əməkdaşlıq və enerji təhlükəsizliyi prinsipləri üzərində qurulub. Heydər Əliyev tərəfindən müəyyən edilən strateji enerji xətti Prezident İlham Əliyev tərəfindən neft-qaz sektorunda davamlı investisiya siyasəti, bərpa olunan enerji layihələrinin təşviqi və regional enerji təşəbbüslərində fəal iştirakla uğurla inkişaf etdirilib. Rektor qeyd edib ki, bu siyasət Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.
Təlim çərçivəsində təqdim olunan mühazirələr və təhlillər dövlət idarəçiliyində innovativ yanaşmaların, liderlik modellərinin və uzunmüddətli enerji strategiyasının əhəmiyyətini bir daha nümayiş etdirib, iştirakçılara müasir idarəetmə təcrübələrini praktik tətbiq kontekstində mənimsəmək imkanı yaradıb. Təlim interaktiv və diskussiya formatında davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və praktiki müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 30 Yanvar 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















