Icma.az
close
up
RU
İnsan alveri ilə mübarizəyə diaspor təşkilatları fəal cəlb ediləcək

İnsan alveri ilə mübarizəyə diaspor təşkilatları fəal cəlb ediləcək

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İnsan alveri ilə mübarizədə diaspora təşkilatlarının rolu və əməkdaşlıq” mövzusunda onlayn formatda dəyirmi masa müzakirələri keçirildi. 

Redaktor.az xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi, diaspor təşkilatlarının və Koalisiyanın üzvləri bir araya gələrək insan alverinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi və xaricdəki diaspor strukturlarının bu prosesə cəlb olunması yolları müzakirə edildi.

Tədbiri Koalisiyanın sədri, tədbirin moderatoru Mehriban Zeynalova açaraq insan alveri ilə mübarizədə diaspora təşkilatlarının potensialını və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğuladı. Qeyd etdi ki, təyinat ölkələrində yaşayan və fəaliyyət göstərən diaspor qurumları insan alveri qurbanlarının müəyyən olunması, onlara psixososial və hüquqi dəstəyin göstərilməsi baxımından mühüm rol oynaya bilər.

Daha sonra çıxış edən DİN  İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Araz Babayev, insan alveri qurbanlarının aşkarlanmasında tətbiq edilən meyarlar və Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər haqqında ətraflı məlumat verdi.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının və Koalisiyanın üzvü Zaur İbrahimli qurbanların vaxtında müəyyən edilməsi və müdafiəsi üçün preventiv alətlərin gücləndirilməsinin vacibliyini qeyd etdi. O bildirdi ki, bu alətlər arasında maarifləndirmə, erkən xəbərdarlıq mexanizmləri və ictimai nəzarət mühüm yer tutur.

Koalisiyanın idarə heyətinin üzvü Kəmalə Aşumova isə təyinat ölkələrində fəaliyyət göstərən diaspor rəhbərlərinin insan alveri qurbanlarına göstərdikləri dəstəkdən, o cümlədən qaynar xəttlərin, xidmət mərkəzlərinin rolu və əhəmiyyətindən danışdı. 

Pakistan, Türkiyə, Çexiya, Gürcüstanda fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri insan alverinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinin vacibliyinin qeyd edərək, öz təkliflərini diqqətə çatdırdı. 

A.Babayev İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, diaspora ilə mümkün əməkdaşlıq məsələləri ilə bağlı sualları cavablandırdı.
M.Zeynalova diaspor təşkilatlarının insan alverinə qarşı mübarizədə fəal rol alması, soyadaşlarımızın  mümkün təhdidlərdən qorunması üçün Koalisiyanın necə kömək edə biləcəyi barədə, konkret misallarla ətraflı məlumat verdi. 

Tədbir zamanı iştirakçılar arasında fəal müzakirələr aparıldı, müxtəlif təklif və təşəbbüslər irəli sürüldü. Diaspor təşkilatlarının bu sahədə biliklərinin artırılması məqsədilə təlimlərin təşkili, Qurbanların aşkarlanması və müdafiəsi ilə bağlı diaspor qurumları ilə birgə əməkdaşlıq mexanizmlərinin yaradılması, Qaynar xətt məlumatlarının diaspor strukturları vasitəsilə yayılması istiqamətində tədbirlər keçirilməsi barədə razılıq əldə edildi. 

Həmçinin, 30 iyul Beynəlxalq İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəy ilə Koalisiya və diaspor təşkilatlarının birgə tədbirlər keçirilməsi müzakirə edildi. Qərara alındı ki, bu cür müzakirələr və tədbirlərin təşkili ayrı-ayrı ölkələrdə diaspor təşkilatlarını  cəlb etməklə davam etdirilsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 İyul 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri