Beyləqanda insan alveri ilə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 9 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin təşkilatçılığı ilə Beyləqan rayonunun Dünyamalılar kənd Ə.Rzayev adına 2 nömrəli tam orta məktəbində “İnsan alverinin qurbanı olan uşaqların və ya potensial qurbanların müəyyən edilməsi və müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə məktəbin şagirdləri və müəllimləri iştirak ediblər. Tədbirdə iştirakçılara İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti və burada göstərilən xidmətlər, mərkəzin insan alveri və potensial insan alveri qurbanları ilə apardığı sosial reabilitasiya işləri haqqında məlumat verilib. Zərərçəkmişlərin travma nəticəsində pozulmuş psixoloji durumları və onlara göstərilən psixoloji yardım xidməti barədə ətraflı danışılıb.
Tədbirin yekununda şagirdlərlə mövzu ətrafında müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 09 Yanvar 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















