İnsan alveri və istismarı: 2024 cü ildə Fransada 7 mindən çox qurban müəyyən edilib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paris, 20 oktyabr, AZƏRTAC
2024-cü ildə Fransada 7285 nəfər insan alverinin və istismarın qurbanı kimi qeydə alınıb. Bu şəxslərdən 4823 nəfəri hökumət tərəfindən təyin olunmuş Qadınlara qarşı zorakılıqla mübarizə və insan alverinə qarşı mübarizə üzrə hökumətlərarası missiya (Miprof) tərəfindən müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, bu ölkədə cinsi istismar halları üstünlük təşkil etdiyi bildirilir. Miprof-un hesabatına görə, qurbanların 89 faizi qadın, 86 faizi isə cinsi istismara məruz qalan şəxslər olub. Digər istismar formalarına məcburi əmək (xüsusilə ev işlərində – 11 %), cinayət fəaliyyətlərinə cəlbetmə (2 %) və məcburi dilənçilik (1 %) daxildir.
Bu şəxslərin 52 faizi istismara məruz qaldıqları dövrdə hələ də yetkinlik yaşına çatmamış olub. Ən narahatedici faktlardan biri isə budur ki, qurbanların üçdəbiri ailə üzvləri, o cümlədən 44 faizi həyat yoldaşları tərəfindən istismar olunub.
Ölkədə qurbanların tanınması, onların təhlükəsiz mənzil və tibbi xidmətə çıxışı, hüquqi prosedurlarda iştirak imkanları, müxtəlif aktorlar arasında koordinasiya məsələləri hələ də əsas çağırış olaraq qalır. Administrativ məlumatlarla bu sahədə çalışan təşkilatların real müşahidələri arasındakı fərq insan alveri probleminin gizli və sistemli xarakter daşıdığını bir daha göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 20 Oktyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















