Tramp qrenlandiyalıların səslərini 1 milyon dollara almaq istəyir
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya vətəndaşlarının ABŞ-yə qoşulmaq üçün səs verəcəkləri təqdirdə hər birinə 1 milyon dollar ödəmək təklifini nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, Tramp Qrenlandiyanın 57 min sakininin hər birinə 1 milyon dollarlıq ödənişi adanın ilhaq edilməsi üçün vasitələrdən biri kimi görür.
Ancaq nəşr bu məlumatı haradan əldə etdiyini açıqlamayıb.
Qeyd edək ki, Tramp 2024-cü ilin noyabr ayında vəzifəyə başlayandan bəri dəfələrlə ABŞ-nin milli təhlükəsizlik məsələləri ilə əlaqədar Qrenlandiyaya ehtiyacı olduğunu bildirib. Davosda keçirilən Dünya İqtisadi Forumunda o, Vaşinqtonun ərazinin alınması ilə bağlı dərhal danışıqlar aparmaq istədiyin bildirib. Ağ Ev rəhbəri ABŞ-nin adada “Qızıl Günbəz” raketdən müdafiə sistemi qurmaq və təhlükəli düşmənləri çəkindirmək istədiyini qeyd edib. Digər tərəfdən, yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verib.
Bu mövzuda digər xəbərlər:Tramp Qəzzadan 1 milyon fələstinlini köçürmək istəyir KİV
17 May 2025 09:03
Tramp Konqresdən 1 trilyon dollar istəyir
26 İyun 2025 22:51
ABŞ 1 milyard dollara İrəvana bunu satmaq istəyir
27 Yanvar 2025 00:26
Tramp ABŞ vətəndaşlığını satışa çıxarır: O, 1 milyon dollar istəyir
11 Dekabr 2025 14:02
Sorğu: Qrenlandiyalıların 57%i ABŞa qoşulmaq istəyir
14 Yanvar 2025 17:44
Baxış sayı:80
Bu xəbər 22 Yanvar 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















