Icma.az
close
up
RU
İnsan asılılıq yaşayırsa, mütəxəssisə müraciət edib bunun qarşısını almalıdır Psixoloq

İnsan asılılıq yaşayırsa, mütəxəssisə müraciət edib bunun qarşısını almalıdır Psixoloq

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzən insanlarda bir çox qidalara (fast food, şokolad, enerji içkiləri və s.) asılılıqlar yaranır.

Bəs insanlar özlərini psixoloji olaraq bu vəziyyətdən azad etmək üçün nə etməlidirlər?

Psixoloq Gülşən Rüstəmova Redaktor.az-a açıqlamasında bildirdi ki, insan asılılıqlarla yaşayırsa, bir asılılıqdan digər asılılığa rahat şəkildə, yaxud da narahat şəkildə keçid edə bilir:

"Bu, temperamentindən asılıdır. İnsan hansısa maddənin, hərəkətin, davranışın, fəaliyyətin asılısı olmur. İnsan asılı olaraq fəaliyyət növü, maddə növü, qida növü tapır. Yəni insan asılı şəxsiyyət kimi böyüyürsə, o, nədənsə asılı olaraq qalacaq.

Ümumiyyətlə, insan fiziologiyasında adaptasiya deyilən bir proses var ki, bir məsələ, bir vərdiş, bir maddə, bir element, bir davranış, bir varlıq, bir insan, bir əşya bizə komfortlu gəlirsə, onu rahat əldə edə biliriksə və gündəlik həyatımızda çətinlik çəkmədən istifadə edə biliriksə, həmin an zehnimizdə yaranan rahatlaşma hissi bizim asılı şəkildə davam etməyimizə səbəb olur".

Onun sözlərinə görə, maddələr, elementlər, davranışlar əlçatmaz olsa belə, zehnimizdə lövbər salmış süni rahatladıcı hiss bizi bu asılılıqlara davam etdirməyə vadar edir:

"Ona görə də əgər insan asılılıq yaşayırsa və bunun fərqindədirsə, özü mütəxəssisə müraciət edib bunun qarşısını almalıdır. Çünki həyati vacib məsələlərdə məsuliyyət daşıyan insanın özüdür.

Amma kənardakı insanlar bunu görürlərsə, həmin asılılıqdan insanı çıxara bilməyəcəklər. Çünki kənar təsir insan üçün çox cüzi bir hissədir. Yəni kənar təsirlər, kənar ifadələr, yaxud hansısa təkliflər və ya maarifləndirmələr insana ciddi təsir göstərə bilmir. Çünki asılı insan ilk növbədə asılı olmaqdan qurtulmalıdır. Ona görə də burada psixoloji faktor rol oynadığı üçün müalicəyə məhz buradan başlamaq lazımdır".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Noyabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri