İnsan geninin virusun DNT sinə keçidi izlənilib
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Alimlər insanlarda neyronların fəaliyyətini tənzimləyən BC200 geninin digər genomlara keçmək qabiliyyətini qoruduğunu müəyyən ediblər.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki,“Science” jurnalında dərc olunan araşdırmaya görə, bu gen yaxın keçmişdə çiçək virusları qrupuna aid olan bir virusun DNT-sinə daxil olub.
Tədqiqatçılar bildiriblər ki, “sıçrayan genlər” və ya transpozonlar insan genomunun təxminən yarısını təşkil edir. Onların əksəriyyəti milyonlarla illik təkamül ərzində hərəkət etmək qabiliyyətini itirib və DNT-nin sabit hissələrinə çevrilib. Lakin BC200 geni bu baxımdan nadir istisnalardan biridir.
Alimlərin fikrincə, təxminən 40 milyon il əvvəl bu gen insan və digər primatların beyin neyronlarında zülal sintezinin tənzimlənməsində mühüm rol oynamağa başlayıb. Buna baxmayaraq, BC200 digər xromosomlara keçmək üçün lazım olan xüsusiyyətlərini tamamilə itirməyib. Gen bu prosesdə LINE-1 fermentindən istifadə edərək öz surətlərini yaradır və onları genomun müxtəlif hissələrinə yerləşdirə bilir.
BC200 geninin bu qabiliyyətini təsdiqləyən ən mühüm sübut isə molluskum kontagiozum xəstəliyinə səbəb olan virusun genomunda genin iki nüsxəsinin aşkarlanması olub. Bu virus çiçək virusları qrupuna daxildir.
Genetik analiz nəticəsində alimlər BC200 geninin insandan həmin virusa keçidinin 160 min ildən az əvvəl baş verdiyini hesablayıblar. Bu isə müasir insanın artıq mövcud olduğu dövrə təsadüf edir.
Araşdırmada həmçinin müasir insanların genomunda yeni və fərdi BC200 əlavələrinin mövcud olduğu müəyyən edilib. Bu nəticə genin hərəkət prosesinin bu gün də davam edə biləcəyini göstərir.
Tədqiqatın müəllifi Korin Simontinin sözlərinə görə, bu, orqanizm tərəfindən mühüm funksiyanın yerinə yetirilməsi üçün “mənimsənildikdən” sonra transpozonun hərəkət qabiliyyətini qoruduğunun sənədləşdirilmiş ilk nümunəsidir.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 05 Oktyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















