Icma.az
close
up
RU
İnsan kapitalı dəyər yaradan əsas qüvvədir! Asif Bəkirli yazır

İnsan kapitalı dəyər yaradan əsas qüvvədir! Asif Bəkirli yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Asif BƏKİRLİ
Əməkdar mühəndis, İnsan Kapitalı üzrə Ekspert, Peşəkar Kouç

İnsan kapitalı yalnız xərc deyil, şirkətə gəlir və rəqabət üstünlüyü qazandıran strateji dəyərdir. Rəqəmsal transformasiya dövründə texnologiyanın uğuru insan amilindən asılıdır və bu balans düzgün qurulmadıqda heç bir proses özünü doğrultmur. Liderlik və kouçinq isə bu potensialı dəyərə çevirən əsas vasitələrdir.

Mütəmadi olaraq müxtəlif mətbuat orqanlarında dərc edilən məqalələrimdə beynəlxalq standartların tətbiqinin zəruriliyini, korporativ mədəniyyətin vacibliyini, insan kapitalının əhəmiyyətini, idarəetmədə liderliyin rolunu, kouçinqin mahiyyətini və faydasını, həmçinin təlim və inkişafla bağlı şəxsi təcrübə və yanaşmalarımı bölüşərək bu məsələlərin aktuallığını qorumağa və oxucular üçün maarifləndirici dəyər yaratmağa çalışmışam.

Bunlardan "Uğurun açarı insan kapitalının strateji idarə edilməsidir", "Sürətlə dəyişən dünyamız və bizim missiyamız", "Zamanla ayaqlaşa biləcək insan resurslarının əhəmiyyəti artmaqdadır", "Kadrlarn düzgün seçilməsi və yerləşdirilməsi uğur qazanmağın mühüm şərtidir", "Korporativ mədəniyyət şirkət brendinin əsas göstəricisidir" və s. məqalələri misal göstərmək olar.

Bu yazımda isə əsas diqqəti rəqəmsal transformasiya dövründə insan kapitalının yeni tələblərinə, texnologiya ilə insan amili arasında balansın necə qurulmasına və liderlik anlayışının bu kontekstdə necə formalaşmalı olduğuna yönəldəcəyəm. Əlbəttə ki, həm şəxsi təcrübəmdən, həm də müxtəlif uyğun mənbələrdən qaynaqlanan fikirlərlə.

Çox vaxt rəqəmsal transformasiya dedikdə ağıla gələnlər yeni kompüter proqramlarının alınması, mürəkkəb texnoloji sistemlərin qurulması və əməliyyatların avtomatlaşdırılmış şəkildə icrası olur. Halbuki rəqəmsal transformasiya təkcə texniki alətlərlə bağlı deyil, həm də iş proseslərinin təkmilləşdirilməsi, əməkdaşların rəqəmsal bacarıqlarının artırılması və ümumilikdə təşkilati yanaşmanın dəyişməsi deməkdir. Bu baxımdan da əsas uğur faktoru insanların texnologiyaya uyğunlaşma sürəti və bacarığıdır. Texnologiya nə qədər inkişaf etsə də, əsas olan insan amilidir. Çünki hər şeyi yönləndirən və tənzimləyən düşünən insandır. Süni intellekt, avtomatlaşdırılmış proseslər, proqramlar və digər texnologiyalar isə məqsədə çatmaq üçün yalnız alətlərdir. Buna görə də əsas məsələ insan və texnologiya arasında balansın qorunmasıdır.

Müasir dünyada texnologiya, maliyyə və digər maddi resurslardan daha önəmli olan insan potensialıdır. Artıq qəbul olunmalıdır ki, bilikləri, bacarıqları, motivasiyası, liderlik keyfiyyətləri və dəyərlər sistemi ilə zəngin olan ən dəyərli sərvət insan kapitalıdır. İnsan kapitalı olmadan heç bir texnologiya və ya proses özünü tam doğrulda bilməz. Bildiyimiz "insan resursu" anlayışından fərqli olaraq, insan kapitalı daha geniş konsepsiyadır. Təəssüf ki, bəzi təşkilatlarda nəinki insan kapitalı, hətta insan resursları proseslərinin tətbiqi belə həyata keçirilmir. Müəyyən hallarda isə bu proseslər formal xarakter daşıyır ki, bunun da fəsadları zamanla özünü göstərir. İnsan kapitalı yalnız xərc deyil, şirkətə həm gəlir gətirən, həm də rəqabətdə üstünlük qazandıran strateji dəyərdir. Yüksək səviyyəli mütəxəssis yalnız öz işi ilə deyil, həm də yeni ideyalar gətirməklə, komandanı motivasiya etməklə və şirkətin bazarda mövqeyini gücləndirməklə fərqlənir. Onun bilikləri, yaradıcılığı, motivasiyası və əməkdaşlıq bacarığı insan kapitalının əsas hissələridir.

İnsan kapitalının effektiv idarə olunması nəticəsində ruhlanan işçilər dəyər yaratmağa təşviq olunur. Bu da onların peşəkar bacarıqlarının inkişafına, motivasiyanın artmasına və özlərini təşkilat üçün dəyərli hiss etmələrinə səbəb olur. Nəticədə isə ümumi məhsuldarlıq və səmərəlilik yüksəlir ki, bunun da faydası zamanla özünü göstərir. Komandada əməkdaşlıq və qarşılıqlı hörmət olduqda sinerji yaranır və daha böyük nəticələr əldə olunur. Fərqli ixtisaslara, bilik və bacarıqlara malik əməkdaşların komanda şəklində işləməsi daha yaradıcı və effektivdir. Bu isə yalnız doğru strategiyadan qaynaqlanan ümumi dəyərlərə əsaslanan sağlam korporativ mədəniyyətlə mümkündür.

İnsan kapitalının strateji idarə olunması şirkətin rəqabət üstünlüyünü və dayanıqlı inkişafını təmin edir. Bunun üçün təşkilat real dəyərlərə malik olmalı, rəhbərlik isə bu dəyərləri əməli şəkildə nümayiş etdirməklə onlara sadiqliyini göstərməlidir.

Pandemiya dövrü göstərdi ki, evdən iş, rəqəmsal əməkdaşlıq və çevik iş rejimi yeni normalara çevrilib. Bu şəraitdə texniki bacarıqlarla yanaşı, emosional zəka, adaptasiya qabiliyyəti və liderlik xüsusiyyətləri daha da vacibdir. İşçilərin psixoloji sağlamlığını dəstəkləyən proqramların tətbiqi də bu prosesdə mühüm rol oynayır.

İnsan kapitalının dəyərini maksimuma çatdırmaq üçün şirkətlərdə strateji idarəetmə vacibdir. Burada düzgün işçi seçimi əsas şərtlərdəndir. Bu baxımdan da namizəd yalnız peşəkar bacarıqlarına görə deyil, həm də təşkilatın dəyərlərinə uyğunluğu baxımından qiymətləndirilməlidir. Davamlı təlimlərlə işçilərin səriştəliliklərinin, o cümlədən rəqəmsal texnologiyalar üzrə biliklərinin artırılması məhsuldarlığı yüksəldir. Bununla yanaşı, əsas səmərəlik göstəricilərinin performans qiymətləndirilməsi nəticələri, innovasiya səviyyəsi, işçi dövriyyəsi, müştəri məmnuniyyəti kimi göstəricilərdə də yüksəlmələr baş verir.

Ədalətli mühiti təmin edən əməkhaqqı, bonuslar, maddi və mənəvi mükafatlar isə motivasiyanın qorunmasında həlledici rol oynayır.

Rəqəmsal transformasiya dövründə liderlik və kouçinq yalnız idarəetmə funksiyası daşımır. Onlar insan kapitalının dəyərə çevrilməsinin əsas şərtidir. Liderlik motivasiyanı və istiqaməti təmin edir, kouçinq isə işçilərin bacarıqlarını inkişaf etdirərək onların potensialını maksimum səviyyədə üzə çıxarır. Hər bir dəyişiklikdə olduğu kimi, rəqəmsal transformasiya və yeni strategiyalar da müqavimətlə üzləşə bilər. Liderlərin rolu isə bu müqaviməti idarə edib dəstəyə çevirməkdir. Bugünün menecerləri və liderləri dəyişən texnologiyalara çevik uyğunlaşmalı, işçilərin emosional ehtiyaclarını anlamalı və yüksək əməkdaşlıq mədəniyyətini özlərində ehtiva etməklə şəxsi nümunələri ilə təşviq etməlidirlər.

Əlbəttə ki, rollar və səlahiyyətlər dəqiq müəyyənləşdirildikdə insanlar dəyişikliklərə daha tez uyğunlaşır. Bu baxımdan subardinasiyanın idarəetmədə rolu xüsusi əhəmiyyət kəsb edir. Subardinasiyanın məqsədi yalnız qaydaları qorumaq və iyerarxiyanı saxlamaq deyil, həm də əməkdaşlıq və məsuliyyət bölgüsünü təmin etməkdir. Bu yanaşma nəticəsində qərarların verilməsi və nəticələrə cavabdehlik daha şəffaf olur, performans göstəriciləri isə düzgün müəyyənləşdirilir. Strateji qərarların yuxarıdan aşağıya, əməli təkliflərin isə aşağıdan yuxarıya balanslı şəkildə ötürülməsi komanda daxilində qarşılıqlı hörmət və qaydalar çərçivəsində çevik əməkdaşlığı mümkün edir. Liderlərin rolu isə bu qaydaları sadəcə tələblər kimi deyil, dəyər kimi təqdim etməkdir. Çünki subardinasiyaya əməl etmək heç də insanları məhdudlaşdırmır, əksinə, ümumi hədəflərə çatmağın əsas şərtinə çevrilir.

Hər bir işçi dəyər yaratmaq potensialına malikdir. Bu potensialın üzə çıxarılması, inkişaf etdirilməsi və strateji istiqamətləndirilməsi yalnız yüksək peşəkarlığa və insani dəyərlərə sahib səlahiyyətli menecerlərin liderliyi ilə mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Avqust 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri