Icma.az
close
up
RU
İnsan ləyaqətini alçaldan bəşəri cinayət

İnsan ləyaqətini alçaldan bəşəri cinayət

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkəmiz bu bəlaya qarşı güzəştsiz mübarizə aparır

İnsan alveri XXI əsrin ən ağır transmilli mütəşəkkil cinayət növlərindən biri kimi insan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan qlobal təhlükələr sırasındadır. Bu, təkcə ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin təhlükəsizliyinə, sosial rifahına və dayanıqlı inkişafına ciddi təhdid yaradır. Məhz buna görə də hər il 30 iyul tarixi Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd edilir.

Dünya dövlətləri bu gün insan alverinin qarşısının alınması, qurbanların müdafiəsi, cinayətkarların məsuliyyətə cəlb edilməsi və ictimai maarifləndirmənin gücləndirilməsi istiqamətində görülən işləri diqqət mərkəzinə gətirirlər. Ekspertlərin fikrincə, yaxın illərdə insan alveri ilə mübarizədə əsas diqqət rəqəmsal təhlükəsizliyə yönələcək. Buna görə hüquq-mühafizə orqanlarının texnoloji imkanlarının artırılması, kibercinayətkarlıqla mübarizə potensialının gücləndirilməsi və əhalinin rəqəmsal savadlılığının yüksəldilməsi vacibdir.

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev XQ-yə bildirdi ki, müasir dövrdə qlobal miqyasda miqrasiya proseslərinin intensivləşməsi, rəqəmsal platformaların geniş yayılması, sosial şəbəkələrdən sui-istifadə halları, iqtisadi çətinliklər və beynəlxalq münaqişələr insan alveri risklərini daha da artırıb. Xüsusilə qadınlar, uşaqlar, miqrantlar və sosial həssas əhali qrupları bu cinayətkar şəbəkələrin əsas hədəfinə çevrilirlər. Son illər insan alveri yalnız əmək və ya cinsi istismar formasında deyil, həm də kiberməkanda aldadılma, məcburi dilənçilik, qanunsuz əmək fəaliyyəti və digər müasir istismar üsulları ilə özünü göstərir.

Ölkəmizdə insan alverinə qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edilmiş və bu sahədə beynəlxalq öhdəliklərə uyğun olaraq hüquqi və institusional mexanizmlər formalaşdırılmışdır. Azərbaycan BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasına və onu tamamlayan İnsan Alverinin Qarşısının Alınması, Dayandırılması və Cəzalandırılması haqqında Palermo Protokoluna qoşulmaqla beynəlxalq əməkdaşlığın fəal iştirakçısına çevrilmişdir.

“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, qanunun tətbiqi ilə bağlı çoxsaylı normativ-hüquqi aktlar təsdiq olunmuş, dövlət proqramları həyata keçirilmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.

İnsan alverinə qarşı mübarizənin əsas icraçı qurumlarından biri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsidir. Baş İdarə cinayətlərin aşkar edilməsi, insan alveri ilə məşğul olan mütəşəkkil cinayətkar qrupların ifşası, qurbanların müəyyənləşdirilməsi, təhlükəsizliyinin təmin edilməsi, sosial müdafiə tədbirlərinin həyata keçirilməsi və preventiv fəaliyyət istiqamətində mühüm işlər görür.

İnsan alverinə qarşı mübarizədə dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq xüsusi önəm daşıyır. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, media nümayəndələri, təhsil müəssisələri və beynəlxalq təşkilatlar vahid məqsəd uğrunda fəaliyyət göstərirlər. Bu əməkdaşlıq nəticəsində insan hüquqlarının müdafiəsi sahəsində mühüm nəticələr əldə edilmişdir. Mübarizənin ən vacib istiqamətlərindən biri isə maarifləndirmədir.

Təcrübə göstərir ki, insan alverinin qarşısının alınmasında cəmiyyətin məlumatlılıq səviyyəsinin yüksəldilməsi hüquqi tədbirlər qədər əhəmiyyətlidir. İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı uzun illər bu sahədə maarifləndirmə fəaliyyəti həyata keçirmiş, insan alverinin təhlükələri, cinayətkarların istifadə etdikləri üsullar və vətəndaşların özlərini necə qoruya bilmələri barədə 20-dən çox videoçarx hazırlanmışdır.

Bundan əlavə, 6 bölümdən ibarət “İfşa” və 10 bölümdən ibarət “İfşa – Çətin Hədəf” serialları çəkilərək geniş auditoriyaya təqdim edilmişdir. Hazırlanan videoçarxlar sosial media platformalarında və informasiya portallarında yayımlanaraq 100 minlərlə insana çatdırılmışdır.

Müsahibimiz qeyd etdi ki, hər bir vətəndaşın məlumatlı olması, şübhəli hallara biganə qalmaması, aidiyyəti qurumlarla əməkdaşlıq etməsi və maarifləndirmə prosesində fəal iştirakı insan alverinə qarşı ümummilli mübarizənin mühüm tərkib hissəsidir. Güclü dövlət siyasəti, peşəkar hüquq-mühafizə fəaliyyəti və aktiv vətəndaş cəmiyyəti əməkdaşlığı sayəsində Azərbaycan bu istiqamətdə də öz uğurlarını davam etdirəcək, insan hüquqlarının etibarlı müdafiəsini təmin edən ölkələr sırasında mövqeyini daha da möhkəmləndirəcək.

Hüquq-mühafizə tədbirləri ilə yanaşı, qurbanların müəyyən edilməsi, təhlükəsiz sığınacaqla təmin olunması, psixoloji, hüquqi və sosial reabilitasiya xidmətləri də həyata keçirilir. Bu barədə məlumat verən Sosial Xidmətlər Agentliyinin Stasionar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdiri Məftunə İsmayılova qeyd etdi ki, respublikamızda insan alveri qurbanlarının sosial müdafiəsi, onların təhlükəsizliyinin təmin olunması, cəmiyyətə reinteqrasiyası dövlətin sosial siyasətinin mühüm istiqamətlərindəndir. Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində insan alveri qurbanları və insan alverinin potensial qurbanları (insan alveri təhlükəsi ilə üzləşmək riski olanlar) sosial-hüquqi, sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təmin olunurlar.

Məftunə İsmayılova bildirdi ki, mərkəzin sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyəti həmin kateqoriyadan olan şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı həyata keçirir. Bu çərçivədə qurbanların sosial müdafiəsinin gücləndirilməsi, onlara psixoloji və hüquqi yardım göstərilməsi, məşğulluq imkanlarının artırılması, peşə hazırlığına cəlb edilməsi və sosial xidmətlərlə təmin olunması xüsusi diqqət mərkəzində saxlanılır. Aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyəti nəticəsində insan alveri qurbanlarının cəmiyyətə uğurlu reinteqrasiyası və normal həyata qayıtması üçün kompleks dəstək mexanizmləri formalaşdırılıb.

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində qurbanlara sosial-hüquqi, sosial-psixoloji, tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. Həmçinin zərərçəkmişlərin peşə hazırlığını və məşğulluğunu təmin etmək üçün müvafiq dəstək göstərilir. Bununla yanaşı, insan alveri qurbanlarının və insan alverinin qurbanı olması ehtimal edilən şəxslərin müvəqqəti sığınacaqla təmin edilməsi, onların təhlükəsizliyi məqsədilə maarifləndirmə tədbirlərinin təşkili mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir.

Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər qurbanların sosial müdafiəsinin gücləndirilməsinə və cəmiyyətə uğurlu reinteqrasiyasına xidmət edir. İnsan alverinə qarşı mübarizə, bütövlükdə, cəmiyyətin birgə məsuliyyətidir.

İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü cəmiyyətə mühüm mesaj verir ki, insan alveri ilə təkcə hüquq-mühafizə orqanları deyil, bütövlükdə, dövlət, cəmiyyət və hər bir vətəndaş mübarizə aparmalıdır. İnsan alverinə qarşı mübarizədə əldə edilən hər bir uğur yalnız bir cinayətin qarşısının alınması deyil, həm də insan hüquqlarının, sosial ədalətin və təhlükəsiz cəmiyyətin möhkəmləndirilməsi deməkdir.

Mustafa KAMAL
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri