Icma.az
close
up
RU
İnsan ruhunun mövcudluğunu sübut edən 8 DƏLİL...

İnsan ruhunun mövcudluğunu sübut edən 8 DƏLİL...

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Televizora baxan insan gülür, ağlayır və sair. Onu ağladan və ya güldürən nədir - maddə- materiya? Xeyr! Çünki deyilən halda materiyadan insana heç bir təsir olmaylb. Bəs bu hərəkətlər kimə  məxsusdur? Əlbəttə ki, ruha..."

Moderator.az bir sıra oxucuların maraqlarını nəzərə alaraq "Islam-Today" nəşrində dərc olunmuş "İnsan ruhunun mövcudluğunu sübut edən 8 DƏLİL..." başlıqlı ruhi-mənəvi mövzuda növbəti yazının tərcüməsini təqdim edir:

Uca Allahı inkar etmək xətasına düşənlər, nəticədə ruhun varlığını inkar edirlər. Çünki ruhun varlığı qəbul edilirsə, onu yaradan Allahın da varlığı qəbul edilməlidir. Buna görə də ruhun varlığının sübutu da Allahın varlığını sübut edir. İndi isə ruhun varlığının sübutlarını təqdim edək:

1) Əgər bir insanın beynində barmağın hərəkətini idarə edən siniri stimullaşdırsanız, həmin barmaq hərəkət etməyə başlayacaq. Lakin həmin barmaq heç vaxt düyməni bağlaya bilməyəcək. Çünki düyməni bağlamaq mürəkkəb bir hərəkətdir. Və bu hərəkəti bir və ya digər siniri stimullaşdırmaqla yerinə yetirmək mümkün deyil. Buna görə də, beyin barmaqların düyməni bağlamasına səbəb olmursa, o halda nə olur? Əlbəttə ki, ruh...

2) Maddəni hərəkətə gətirmək üçün onu başqa bir maddə stimullaşdırmalıdır. Məsələn, televizora baxan insan gülür, ağlayır və sair. Onu ağladan və ya güldürən nədir - maddə- materiya? Xeyr! Çünki deyilən halda materiyadan insana heç bir təsir olmaylb. Bəs bu hərəkətlər kimə  məxsusdur? Əlbəttə ki, ruha...

3) Hər bir normal insanın beyni eyni şəkildə fəaliyyət göstərir. Buna baxmayaraq, insanlar fikir ayrılığına düşürlər. Bu fikir ayrılıqlarının səbəbi nədir? Səbəb hər bir insanın özünəməxsus bir ruha sahib olmasıdır. Əgər düşüncə yalnız beynin funksiyası olsaydı, onda hər kəs eyni cür düşünərdi. Çünki maddənin, materiyanın xüsusiyyətləri dəyişməzdir...

4) Hətta elmin də tanıdığı telepatiya ruhun varlığından başqa heç nə ilə izah edilə bilməz. Bir-birindən çox uzaqda yerləşən iki insan arasındakı əlaqəni başqa necə izah etmək olar?..

5) Yuxular da ruhun varlığının sübutudur. Çox vaxt yuxuda gördüklərimizin eyni gün və ya bir az sonra başımıza gəlməsi halları olur. Bu bilik ruhun gizli dünyaya yaxınlaşması ilə əldə edilir. Əgər ruhun varlığını qəbul etməsək, bunu necə izah edə bilərik?..

6) İnsanlar mərhəmət, səxavət, cəsarət, bilik və sair kimi keyfiyyətlərə malikdirlər. Bəziləri üçün bu keyfiyyətlər dəniz kimidir, digərləri üçün isə damla kimidir. Əgər bu keyfiyyətlər maddənin keyfiyyətləri olsaydı, bütün insanlar onlara eyni dərəcədə sahib olardılar. Materiyanın xüsusiyyətləri sabit olduğundan bu keyfiyyətlər ruhun keyfiyyətləridir...

7) Zövq və ağrının iki mənbəyi var. Birincisi, bədən (fiziki) zövq və ağrıdır. İkincisi, ruhi-mənəvidir. Məsələn, insan uzun müddətdir görmədiyi bir dostu ilə görüşəndə ​​zövq alır. Bu, ruhi zövqdür. Həmçinin deyilir: "Qılıncın vurduğu yaralar sağalacaq, amma dilin vurduğu yaralar heç vaxt sağalmayacaq". Dil ruhi-mənəvi yaradan  başqa hansı yaraya səbəb ola bilər ki?..

8) Maddənin, materiyanın təbiətində iradə yoxdur. Halbuki insanlar limitsiz sayda könüllü hərəkətlərə malikdirlər. Və bu könüllü hərəkətlərin mənbəyi maddə deyil, ruhdur..."

Tərcümə və təqdim etdi:

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Fevral 2026 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri