Icma.az
close
up
RU
İnsan sağlamlığını təhdid edən 17 xəstəlik üçün yeni peyvəndlərə ehtiyac var

İnsan sağlamlığını təhdid edən 17 xəstəlik üçün yeni peyvəndlərə ehtiyac var

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya miqyasında insan sağlamlığını ciddi təhdid edən 17 endemik patogen üçün təcili olaraq yeni peyvəndlərin hazırlanmasına ehtiyac olduğunu açıqlayıb. Bu çağırış müvafiq araşdırmanın “eBioMedicine” jurnalında yayımlanmasından sonra geniş ictimaiyyətə çatdırılıb.
Missiya.Az
Anadolu Agentliyinə istinadla xəbər verir ki, ÜST-nin verdiyi açıqlamaya əsasən, endemik patogenlər hər il milyonlarla insanda xəstəliyə səbəb olur. Bu patogenlərin təyin edilməsi və onların qarşısının alınması üçün effektiv peyvəndlərin hazırlanması həyati əhəmiyyət daşıyır.

Xüsusilə, adıçəkilən 17 patogen arasında “A Qrupu Streptococcus”, “Klebsiella pneumonia”, “HİV-1” və “Hepatit C” kimi ciddi xəstəlik törədiciləri də var. Bunların hər biri müxtəlif xəstəliklərə səbəb olmaqla yanaşı, həm də dünyada geniş yayılıb və hər il çoxsaylı xəstəlik və ölüm hallarına yol açır.

Bildirilib ki, ÜST-nin əsas məqsədi bu endemik patogenləri prioritetləşdirmək, onların insanların sağlamlığına və cəmiyyətlərə vurduğu zərərləri azaltmaqdır. ÜST rəsmisi Mateuş Hasso-Agopsoviç, araşdırmanı endemik patogenlərin regional və qlobal sağlamlığa təsirini müəyyən etmək üçün “ilk qlobal səy” kimi qiymətləndirib.

O, həmçinin vurğulayıb ki, nəticələr dünyada artıq mövcud olan vaksin ehtiyaclarını bir daha təsdiqləyir və bu istiqamətdə addımların atılmasını zəruri edir. Araşdırmada, həmçinin diqqətə çatdırılıb ki, qlobal sağlamlıq təhdidləri arasında qrip, norovirus və malyariya kimi infeksiyalar da yer alır. Bu xəstəliklərin nəzarət altına alınması üçün yeni vaksinlərin hazırlanması və tətbiqi son dərəcə vacibdir. Habelə “Klebsiella pneumonia” və “Hepatit C” kimi patogenlər də dünya miqyasında geniş yayılıb və bu patogenlərə qarşı peyvəndlərin hazırlanması, infeksiyaların qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilər. ÜST, patogenlərə qarşı effektiv vaksinlər hazırlamaq üçün beynəlxalq səviyyədə əməkdaşlıq və maliyyələşdirmənin vacibliyini vurğulayıb. Bu prosesdə dünya dövlətlərinin və səhiyyə təşkilatlarının birgə fəaliyyət göstərməsi tələb olunur.

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://missiya.az
archiveBu xəbər 07 Noyabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri