Icma.az
close
up
RU
“İnsanın dəbdəbəli həyatını sərgiləməsi şəxsiyyət pozuntusundan xəbər verir“

“İnsanın dəbdəbəli həyatını sərgiləməsi şəxsiyyət pozuntusundan xəbər verir“

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

 Bayram günləri insanların istirahət etdiyi, ailəsi və yaxınları ilə vaxt keçirdiyi xüsusi günlərdir. Lakin maddi vəziyyəti zəif olan şəxslər üçün bayramlar, sosial gözləntilərlə bağlı ciddi çətinliklər yaradır. İnsanlar, sosial mediada lüks həyat tərzini gördükcə, öz həyatları ilə müqayisə edərək özlərini yetersiz hiss edə bilərlər. Bu vəziyyət narahatlıq, utanc və depressiya kimi psixoloji problemlərə yol açır.

Movzuyla bağlı Moderator.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyir ki, Novruz bayramının özəlliyi onun xeyirxahlıq missiyasını daşımasındadır:

“Bayramın əsas məqsədi həmrəylikdir; küsənlərin barışması və insanlar arasında ünsiyyətin sıxlaşmasıdır. Bu səbəbdən, Novruz bayramının bu özəlliklərini düşünmək və onlardan istifadə etmək vacibdir.Təəssüf ki, bəzi insanlar sosial şəbəkələrdə yalnız öz təntənəli həyatlarını sərgiləyir və bəzən bununla imkanı zəif olan insanları nəzərə almırlar. Bu, həm dini, həm də cəmiyyətin dəyərləri baxımından yolverilməzdir. İnsanlar öz həyatlarının təmtəraqlı tərəfləri ilə öyünməməli, əxlaqlı, sağlam həyat tərzləri ilə nümunə olmalıdırlar. Əlamətdar günləri də mütəmadi şəkildə, təvazökar şəkildə qeyd etmək lazımdır, zəngin süfrələrlə və yüksək markalı avtomobillərlə yox. Əslində, insanı kamilləşdirən xeyirxah missiyanı yerinə yetirməkdir. İnsan mənəvi cəhətdən təmizlənir və rahat olur ki, ehtiyacı olanlara kömək edir, onlara yalnız maddi deyil, həm də mənəvi və psixoloji dəstək verir. Bu, insanın əsl insani keyfiyyətidir. Hətta, öz dəbdəbəli həyatını nümayiş etdirmək şəxsiyyətin psixoloji pozuntusundan xəbər verir”.

Sosioloq hesab edir ki, insanların böyüklük maniyası kimi mənfi xüsusiyyətlərdən qurtulması üçün mənəvi və əxlaqi təmizlənmə prosesi vacibdir:

 “Bu, insanların özlərini katarsis yaşaması, yəni daxili olaraq təmizlənməsi ilə mümkündür. Bayramlar bu baxımdan böyük hikmətə malikdir, çünki onlar insanları paylaşmaq mədəniyyətinə təşviq edir və mənəvi cəhətdən təmizlənmə fürsəti yaradır. Həm dövlət, həm də imkanlı şəxslər tərəfindən həyata keçirilən sosial yardım proqramları bu mənada çox önəmlidir. Dövlətin aztəminatlı ailələrə və ehtiyacı olan insanlara göstərdiyi qayğı böyük əhəmiyyət daşıyır, amma bu proses təkcə hökumət tərəfindən deyil, həm də imkanlı şəxslər tərəfindən dəstəklənməlidir. Beləliklə, dövlət və sosial tərəfdaşlıq yaradaraq, xeyriyyəçi insanlar da bu işə qoşulmalıdır. Azərbaycanın tarixində xeyirxah insanlar və misionerlərin böyük bir ənənəsi mövcuddur. Bu ənənəni yaşatmaq vacibdir. İmkanlı şəxslər ehtiyacı olanlara kömək etməli, amma bunu reklam etmədən, təvazökar şəkildə etməlidirlər. Bu, dinimizin də təlimatlarına uyğundur, çünki "sağ əlin verdiyini sol əl bilməməlidir." Bu yanaşma həm cəmiyyətə fayda gətirər, həm də mənəvi rahatlıq təmin edər”.

Ü.Şəfiyev xatırladıb ki, pandemiya dövründə dükana girib bütün nisyə dəftərlərini ödəyən, adı bəlli olmayan xeyirxah insanlarımız, filantrop örnəkləri ilə  cəmiyyətdə böyük bir mənəvi nümunə təşkil edir:

“Bu cür nümunələri genişləndirmək və yaymaq çox vacibdir. Bu istiqamətdə  televiziya və sosial media öz sözünü deməli və insanları təşviq etməlidir. Eyni zamanda, iş adamları və biznes sektorunda çalışan şəxslər, bayramları sadəcə kommersiya məqsədləri ilə deyil, xeyirxah məqsədlər üçün də bir fürsət olaraq görməlidirlər. Bayram zamanında qiymətlərin qalxması doğru deyil. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq, amma bu, bazar iştirakçılarının qiymətləri qaldırmağına haqq qazandırmır. Əksinə, bayram dövründə bütün insanlar üçün qiymətlərin əlçatan olması üçün sahibkarlar, iş adamları daha çox diqqət göstərməli və bunun əvəzinə insanların bayram sevincini yaşamasına imkan yaratmalıdırlar”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Mart 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri