Icma.az
close
up
RU
İnsanlar bu cinayəti ittiham etməlidirlər

İnsanlar bu cinayəti ittiham etməlidirlər

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Azərbaycanşünaslıq Mərkəzində Xocalı soyqırımına həsr olunmuş açıq dərs keçirilib.

Universitetdə Azərbaycan dili fənnini tədris edən filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva özbək tələbələrə Xocalı soyqırımı barədə geniş məlumat verib. O bildirib ki, Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin iştirakı ilə gecə saatlarında şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədiblər. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və alayın hərbçiləri dinc əhaliyə divan tutublar.

M.Xudiyeva deyib ki, erməni hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərinə hücumu nəticəsində 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca olmaqla 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 1000 nəfər sakin aldığı güllə yarasından əlil olub. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi faktını videolentə almaq istəyən rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşları olan jurnalist və publisistləri qarşılaşdıqları görüntülər dəhşətə gətirib.

M.Xudiyeva onu da qeyd edib ki, hər il Xocalı soyqırımı Azərbaycanda və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, dünya ictimaiyyətinə bu haqda məlumatlar çatdırırlar. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotostendlər, sənədli filmlər nümayiş olunur, soyqırımının həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Dərsin sonunda bu dəhşətli soyqırımı əks etdirən sənədli film izlənilib.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see417

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see282

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see228

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see227

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see211

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see207

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see199

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see196

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see193

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see189

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see187

AL: “Beşiktaş”dan səfər qələbəsi YENİLƏNİB

07 Avqust 2026 23:58see180

Naxçıvanda avqust ayı üzrə pensiyalar ÖDƏNİLDİ

08 Avqust 2026 10:58see177

Beş meymun hekayəsi

07 Avqust 2026 22:15see174

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see169

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see167

“Ərzurumspor” Nərimanı belə qarşıladı Video

08 Avqust 2026 00:22see166

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see164

İyulun ən güclü Android telefonları açıqlandı Lider təəccübləndirir

08 Avqust 2026 00:26see163

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri