Icma.az
close
up
RU
“İnsanlar həyatda necədirlərsə, sosial mediada da elədirlər” PSİXOLOQ “TİK TOK” İSTİFADƏÇİLƏRİNİ TƏNQİD ETDİ

“İnsanlar həyatda necədirlərsə, sosial mediada da elədirlər” PSİXOLOQ “TİK TOK” İSTİFADƏÇİLƏRİNİ TƏNQİD ETDİ

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Müasir dövrdə sosial media insanların ünsiyyət qurduğu, fikir mübadiləsi apardığı və məlumat əldə etdiyi əsas platformalardan birinə çevrilib. Lakin bu platformalarda pozitiv ünsiyyətlə yanaşı, şiddət və nifrət nitqinin də artdığını müşahidə edirik. Bəs bunun səbəbi nədir?

Sosial mediada şiddət və nifrət nitqi niyə artır? İnsanların bir-birinə qarşı aqressiv münasibətinin səbəbləri və bunun təsirləri nələrdir?

Mövzu ilə bağlı Psixoloq Gülnar Orucova Avtosfer.az-a açıqlamasında bildirib ki, sosial mediada, xüsusilə “TikTok” platformasında insanların nə qədər aqressiv, tərbiyəsiz və davranış qaydalarını bilməyən formada hərəkətlərini görürük:

“Bəziləri deyir ki, “TikTok” insanların iç üzünü açdı, amma əslində insanlar real həyatda da necədirlərsə, sosial mediada da elədirlər. Sadəcə bu platformada özlərini daha açıq şəkildə göstərirlər.

Bu gün cəmiyyətimizdə aqressivlik getdikcə artır. Bunu marketlərdə, alış-veriş sıralarında, hər hansı bir məhsul haqqında məlumat alarkən belə müşahidə edirik. İnsanlar satıcılara qarşı aqressiv davranır, onları sanki öz şəxsi xidmətçiləri kimi görürlər. Məsələn, bəzi müştərilər rus dilini bilməyən satıcılara irad tutur və “Niyə rus dilini bilməyən insanı işə götürmüsünüz?” sualını verirlər. Halbuki, Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir və bu dildə danışan şəxsin işə götürülməsi tamamilə normaldır.

Bununla yanaşı, insanların çoxu göstəriş üçün yaşayır. İnfluenserlər, blogerlər daim öz xoş günlərini paylaşır, amma çətinliklərini göstərmirlər. Sosial şəbəkədə yalnız uğurlu, xoşbəxt həyat görüntüsü yaradırlar. Bu isə izləyicilərdə neqativ emosiyalar yaradır, bəzi insanlarda başqalarının uğurlarına qarşı paxıllıq hissini artırır.

“TikTok”da bəziləri gecəsini gündüzünə qatıb canlı yayımlar açır, hətta yuxuda belə pul qazanmağa çalışır. Digərləri isə bir-birlərini təhqir, şantaj edir, alçaldır. Bu cür davranışlar psixoloji problemlərin dərinləşdiyini göstərir. İnsan pul qazana, yaxşı yaşamaq istəyə bilər, amma bunu başqalarını əzmək, incitmək hesabına edirsə, bu, artıq psixoloji problemdir”.

Psixoloq əlavə edib ki, psixologiyada belə bir yanaşma var: "Yerin dibindən gələn meydan oxuma":

“Yəni, uşaqlıqda daim alçaldılan insan böyüdükdə başqalarını əzməyə, alçaltmağa meyilli olur. Əgər bir insan sizi təhqir edir, incidirsə, bilin ki, o, keçmişdə özü bu cür rəftara məruz qalıb.

Son zamanlarda bəzi insanlar yalnız qızıl-zinət əşyaları, bahalı geyimlər və brendlərlə özlərini tanıtmağa çalışırlar. Bu, mənəvi yoxsulluğun əlamətidir. Həqiqətən varlı insanlar heç vaxt bu qədər göz önündə olmur, göstəriş etmirlər”.

Gülnar Orucova sonda qeyd edib ki, sosial mediada gördüyümüz bu davranışlar cəmiyyətin mənəvi problemlərini əks etdirir:

“İnsanlar öz dəyərlərinə qayıtmalı, empatiya hissini inkişaf etdirməli və maddi dəyərləri deyil, mənəvi zənginliyi ön plana çəkməlidirlər”.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Fevral 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri