“İnsanları nə qədər cərimə etmək olar?” Deputat Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətindən narazıdır
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Bu günə qədər Yerüstü Nəqliyyat Agentliyini müxtəlif formalarda müdafiə etmişəm, amma artıq müdafiə edə bilmirəm və edə də bilmərəm”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev deyib:
“Həqiqətən də xeyli zaman keçib və bu müddət ərzində yollarda nizam-intizam formalaşmalı idi. Dayanma-durma ilə bağlı qaydalar artıq yerinə oturmuş olmalıydı.
Mən düşünürdüm ki, görülən tədbirlər bir neçə eksperiment kimi həyata keçiriləcək, sonra onun mənfi və müsbət tərəfləri analiz olunacaq və məsələ öz həllini tapacaq. Amma bu gün belə görünür ki, dövlət qurumu əsasən cərimə kəsilməsi ilə məşğuldur. Bu isə düzgün yanaşma deyil.
İnsanları nə qədər cərimə etmək olar? Əgər sən vətəndaşa alternativ təqdim etmirsənsə, onun cərimə edilməsi həm qanunsuzluğa, həm də sosial ədalət prinsiplərinin pozulmasına səbəb olur. Bu yanaşma qəbul edilə bilməz”.
Şəbnəm
Baxış sayı:71
Bu xəbər 19 Noyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















