Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

İnsanların söyüşü ilə bu yerə gəlib çatmışam Cənab Ülvi ilə MÜSAHİBƏ

İnsanların söyüşü ilə bu yerə gəlib çatmışam Cənab Ülvi ilə MÜSAHİBƏ

Icma.az bildirir, Lent az portalına istinadən.

Lent.az-ın növbəti müsahibi sosial şəbəkələrdə "Cənab Ülvi" adı ilə tanınan bloqer Ülvi Əliyevdir.

- Cənab Ülvi kimdir?

- Sosial şəbəkələrdə "Cənab Ülvi" adı ilə tanınıram. Əslində, ilk başda "Mister Ülvi" təxəllüsünü seçmişdim. Sonradan düşündüm ki, niyə elə öz dilimizdəki "cənab"dan istifadə etməyim? Düşünürəm ki, bu cür daha orijinaldır.

- Özünü hansı peşənin sahibi olaraq təqdim edirsən və bu işə necə başlamısan?

- Özümü bloqer kimi təqdim edirəm. Bu işə 15 yaşımda başlamışam. İlk dəfə instaqram, ardınca yutub, sonra isə tiktok səhifələri açmışam və xeyli kütlə toplamışam. Bir gün tiktokda mənim adıma açılmış 175 minlik səhifə göndərdilər. Düşündüm ki, niyə özüm öz səhifəmi işlətməyim? Bu düşüncə ilə tiktok hesabı açdım və adıma açılmış bütün səhifələri platformadan sildirdim.

- Əvvəlki videolarınla indi çəkdiklərinin kontenti arasında hansı fərqləri görürsən?

- İlk başlayanda "Xaricilərdə-Bizdə" kontenti əsasında videolar çəkirdim. Məsələn, hansısa bir hadisəyə xarici ölkələrin vətəndaşları necə reaksiya verirlər? Bəs bizdə vəziyyət necədir? Bunları müqayisə edirdim.

- Bu kontentdə bir neçə video izləmişəm və hamısında xaricilər təriflənir, bizimkilər isə tənqid olunur. Elə bir hal yoxdurmu ki, biz xarici vətəndaşlara örnək kimi göstərilək?

- Haqlısınız, bu mövzuya da toxunmaq olar ki, bizdə yaxşı nələr varsa, onlar da təqdim edilsin. Amma mən çəkməmişəm. Əslində, bu meyarları tənqid etməkdə kifayət qədər haqlıdırlar. Məsələn, ən çox izlənən videolarımdan birində ev heyvanlarının xarici vətəndaşlar tərəfindən özləri ilə saxlaması, ölkəmizdə isə böyük əksəriyyətin buna qarşı çıxmasını göstərmişəm və belə olduğunu düşünürəm.

- Cəmiyyətin mənfilərini öz üslubunda ironiya ilə çatdırırsan. Düşünürsənmi ki, yumoru başa düşməyənlər üçün pis örnək ola bilərsən?

- İndiki gənclərin 80 faizini danışdırsan, ən böyük arzuları "07" almaq, onun qabağını qaldırmaq, yanında qız otuzdurub yol polisini arxasına salmaqdı. İndiki gənclərin 80 faizi bu təfəkkürlə böyüyür. Düşünürəm ki, bunun başlıca səbəbi yanlış təbliğata səbəb olan musiqilərdi. Mən onsuz da təfəkkürün bu cür formalaşmasında bir o qədər təsir göstərmirəm. O qədər kənar təsirlər var ki, mənim çəkdiyim videolar onların yanında toya getməlidi.

- Olmazmı ki, elə müsbət təsir göstərəsən?

- O formada videolar çəkəndə qınaq obyektinə çevrilirəm. Tələb nədirsə, necədirsə, o cür videolar çəkməyə üstünlük verirəm. Elə videolarım olub ki, orda avaralığı, tüfeyli həyatı, valideynə qarşı hörmətsizliyi canlandıran obraz yaratmışam və sonradan məhz həmin obrazın düzgün yola gəldiyini göstərmişəm.

- Yaratdığın obrazların içində sənə ən çox bənzəyən və sənin ən çox bəyəndiyin obraz hansıdır?

- Qətiyyən, məni ifadə edən, mənə bənzəyən obraz yoxdu. Yaratdığım bütün obrazlar təxəyyülümün məhsuludu. Ən sevdiyim, rolunu oynayanda ən çox zövq aldığım obraz isə qadın obrazlarıdı. Hər nə qədər təxəyyülümün məhsuludu desəm də, videolarımdakı bütün obrazlar, əslində, real həyatda da var. "Məzahir" obrazı, həm də bütün qadın obrazları bizim rayondakı real şəxsləri ifadə edir. Məktəb vaxtları sinifdə bir söz deyirdim, müəllim gülüb "sakit ol" deyirdi. Başqa uşaq nəsə deyirdi, müəllim gedib onu vururdu. Şagird soruşurdu ki, niyə sən Ülvini vurmursan, məni vurursan? Ülvi də bayaq danışırdı. Müəllim də deyirdi ki, Ülvinin dediyi gülməlidi, sənin dediyin yox. İnsanları güldürmə qabiliyyətim hələ uşaq yaşlarımdan vardı. Məktəbdə direktoru belə güldürə bilirdim. Uşaqlıqdan rayonda o bibilərin, o nənələrin yanında olmuşam, müşahidə etmişəm, onları özlərinə parodiya etmişəm. Novruz bayramlarında qadın paltarı geyinib qonşuları güldürürdüm. Halbuki, onda sosial şəbəkələrin heç biri yox idi.

Mən insanların söyüşü ilə bu yerə gəlib çatmışam. İlk başlarda nə çəkirdim, alınmırdı. Baxış toplaya bilmirdim. Ağlıma bir ideya gəldi. Həqiqətən ciddi bir obraza girim, guya həyat yoldaşım evdən qaçıb, arxasınca ona deyim ki, gəl, anamı da evdən qovaram, təki, sən evə qayıt. Mən bu videonu çəkib paylaşdım, 3-4 saat sonra gördüm ki, bütün məşhur səhifələr həmin videonu paylaşıb və qınaq obyektinə çevirib. İnsanların söyüşü, qınağı ilə mən bu yerə gəlib çatdım. Onsuz da əvvəldən bilirdim ki, mən ancaq bu yolla irəli gedə bilərəm. Özüm də istəyirdim ki, insanlar məni təhqir eləsin, bu formada mən özümə baxış toplaya bilim. Yəni, mən bunu fərqində olaraq etmişəm. Şüursuz şəkildə yox.

- Etdiyin parodiyalara görə kimdənsə təhdid görmüsənmi?

- Bir dəfə avtovağzalda Məzahir adlı taksi sürücüsü məni döymək istəyirdi. Deyirdi ki, sən niyə məni yamsılayırsan, məni hardan tanıyırsan. Mağaza adı ilə aradan çıxmışdım. Gördüm ki, o insanın formalaşmış əqidəsi yoxdu. Mən onu hardan tanıyacam ki? Sadəcə, o adam özünü həmin obrazda tapmışdı deyə düşünürdü ki, mən həqiqətən onu tanıyıram. Hər kəs özünü yaxşı tanıyır. Hamı öz içində bilir ki, özü hozudu, heyvandı, ulaqdı, mədənidi, ya nədi. Mən inanıram ki, elə adamların dost-tanışı ona həmin videoları göndərir ki, bax, bu sənsən. O da özündən çıxır. Məsələn, mənim "Qaqli" obrazım da çox sevilir. Şəhərdə görürəm ki, həmin "qaqa"lar gəlib mənlə elə öpüşüb-görüşürlər ki, elə bil, "Pristupni Mir"də nüfuzlu bir adamam. Deyirlər ki, bizi əla parodiya edirsən. Sağollaşanda da məndən siqaret pulu istəyirlər. Bəziləri də uzaqdan elə baxır ki, elə bil, bu dəqiqə gəlib məni döymək istəyir. Onların sosial şəbəkədə olan qeyrətləri real həyatda yoxdu. Əgər o qeyrətin yarısı onlarda olsaydı, ailələrinin qədrini bilərdilər.

Bir dəfə də Üzeyir Mehdizadənin mahnısını parodiya etmişdim, məni hədələmişdi ki, o videonu silməlisən. Halbuki, Üzeyir Mehdizadəni sosial şəbəkələrdə palçıq ediblər, onlara gücü çatmır, gücü elə çatır mənim kimi bir gəncə. Tək məni yox, mənim dostlarımı da narahat eləməyə başladı. Hamıya zıng edib hədə-qorxu gəlirdi ki, Ülviyə deyin, o videonu silsin. Yoxsa, yaxşı olmayacaq. Mən də məcbur qalıb videonu sildim. Hüquqi cəhətdən ondan çəkinmirdim, sadəcə üstümə şiddətlə gəlirdi deyə baş ağrısı olsun istəmədim. Üzeyir Mehdizadə mənə görə sənətçi deyil.

- Hər şeyi reklam edirsən?

- Məsələn, indiyə qədər mən demirəm, eləyənlər var, spirtli içkini reklam eləməmişəm. Hətta mənə çox pula ehtiyacım olan vaxtlar elə pul təklif ediblər ki, həmin pulla mən 2-3 ay rahat bir şəkildə heç bir yerdən reklam götürməmiş hərəkət edə bilərəm, amma mən götürməmişəm. Spirtli içkini, arağı heç vaxt reklam eləməmişəm.

- Enerji içkilərini reklam eləmisən.

- İndiyə kimi enerji içkisini reklam etməmişəm. Amma dünən ilk dəfə enerji içkisini reklam elədim (gülür). Videolarımda da əlimdə olan enerji içkiləri deyil, soyuq çaydır. Onların da tərkibində enerji yoxdur. 

- Son zamanlarda "TikTok"da əməliyyatlar gedir...

- Bunların çox səbəbləri var və bəziləri haqqında heç danışmaq belə istəməzdim. Amma sosial şəbəkələrdə söyüş söyənləri yaxşı ki, həbs ediblər. İndi görürəm ki, azalıblar. Baxırsan ki, o adamın minimum 10-15 min izləyicisi var. Bu adam canlı yayım açıb, söyüş söyür. Bugünkü günümüzdə bizim ailəmizdə kimsə söyüş söysə, biz bunu qəbul etmərik. Bu adam canlı yayımda söyüş söyəndə onun ailə üzvləri də bunu görürlər. Sizcə, həmin o adam ailəsinə hörmət edir? Bəlkə də mən onun ailəsinin yanında söyüş söysəm, mənə bir şey deməyə haqqı yoxdur. Bunu etdiyini bütün ailə üzvləri, nəslindəki hər kəs görür. Deməli, o heç birinə hörmət etmir. Mən istəmərəm ki, mənim ailəm bunların söydüyü söyüşləri eşitsin. Blok edəndə hansı birini edəsən, adam bilmir. Sağ olsun DİN, onları cəzalandırır. 

- Tiktokda mərc saytlarının reklam olunması çox qabağımıza çıxır...

- Mərc saytlarını o vaxt 1 dəfə reklam etmişdim. Paylaşandan 5 dəqiqə sonra da dostum bunun qanunsuz olduğunu mənə izah elədi və sildim. İzləyicim az idi deyə, bəlkə də heç 200-300 nəfər görməmişdi. Amma hazırda da filmlərdə görürük ki, qanunsuz qumar saytlarını reklam edirlər. 

- Sənə kim desə ki, mən sizin aktyorluğunuzu çox bəyənirəm, sevinərsən?

Rafael İskəndərov və Tahir İmanov yazsa, sevinərəm. Amma indi seriallarda olan bəzi yaşlı aktyorlardan mənə yazan olsa, bəlkə də heç cavab vermərəm.

- Ssenarilərini özün yazırsan, yoxsa kimdənsə kömək alırsan?

- Ssenarilən əksəriyyətini özüm yazıram. Türkiyədə yaşayan bloqer dostlarımızla da icazə alaraq bir-birimizin videosunu dəyişdirərək çəkirik.

- Rəylərdə çox söyüş yazırlar...

- Mənə söyüş yazan izləyicilərdən biri məni görəndə yaxınlaşıb şəkil çəkdirmək istədiyini dedi. Söyüşü özünün yazmadığını dedi. Bunun kimi bir neçə vəziyyəti yaşamışam. Ancaq elə bir vəziyyət olmayıb ki, söyüş söyən biri bunu mən yazmışam deyib, görüşə gəlsin.

- Cəmiyyətdə məşhur şəxslərdən kim var ki, onun məşhurluğa layiq olmadığını düşünürsən?

- Büdcə ayrılmış layihələrdə həmişə yaşlı aktyorları görürəm. Gənclərə dəstək verilmir. Məsələn, "Komedixana"dan Ənvər bəy gənc aktyorları ətrafına toplayıb onlara dəstək ola bilər, amma etmir. Çünki öz dostuna-tanışına köməklik edir, istedadlar da qalır bir kənarda. Televiziyada eyni aktyorları, eyni kadrları görməkdən bezirik. Məncə, həvəskar aktyorlara da yer verilməlidir. Mən həmişə az, amma yüksək keyfiyyətli işlər ərsəyə gətirmək istəyirəm. Ağlımdakı layihəni ərsəyə gətirmək üçün çox pul lazımdır, bu pul üçün də sponsor tapmaq çətin məsələdir. İndiki dövrdə sponsoru tanışları daha çox qabağa çəkirlər.

- Bloqerlərin çoxu hansısa restorana gedib oranı yalandan tərifləyirlər...

- Mən heç vaxt belə etməmişəm. Amma bunu edən tanışlarım var. Adamlar var ki, restoranla anlaşır, reklamını edir, günorta yeməyini hər gün gedib həmin restoranda yeyir.

Son olaraq demək istəyirəm ki, bəsdirin, ətrafınıza dost-tanışınızı, qohumlarınızı toplamısınız. Bir az da istedadlı gənclərə yol açın. Belə davam etsəniz, ölkədə incəsənət deyilən bir şey qalmayacaq...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Fevral 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri