Icma.az
close
up
RU
İnsanlığa qarşı ən amansız qətliamlardan biri

İnsanlığa qarşı ən amansız qətliamlardan biri

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

31 Mart soyqırımı tariximizin ən ağrılı səhifələrindən biridir. Soyqırımı qurbanlarının xatirəsi əbədiləşdirilib və bu faciənin dünya miqyasında tanınması məqsədilə fəaliyyətlər genişlənir. Ümummilli Lider Heydər Əliyev qeyd etmişdir: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Bu fikirlər əslində faciənin mahiyyətinin daha geniş formada dünyaya çatdırılmasıdır. 1918-ci ilin martında erməni daşnaklarının Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı, xüsusilə Şamaxı, Quba, İrəvan və digər bölgələrdəki hadisələrlə əlaqədar hələ də davam edən tədqiqatlar göstərir ki, bu faciələr çox geniş və planlı şəkildə törədilib. Bu barədə yerli və beynəlxalq tədqiqatçılar tərəfindən aparılan araşdırmalar yeni faktların ortaya çıxmasına səbəb olur. Soyqırımı ilə əlaqədar hər il təşkil edilən anım tədbirləri yalnız qurbanların xatirəsinin yaşadılması deyil, həm də dünya ictimaiyyətinin bu tarixi faciələr haqqında daha çox məlumatlandırılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu, həm də saxta erməni təbliğatına qarşı mübarizə aparmaq, faktları dünya miqyasında tanıtmaq baxımından olduqca vacibdir. Mart soyqırımı xalqımıza qarşı törədilən ən böyük cinayətlərdən biridir. 1998-ci ildən başlayaraq bu gün dövlət səviyyəsində qeyd olunmaqdadır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına başlanmışdır. Şamaxı, Quba və İrəvan hadisələri yalnız Azərbaycan tarixinin deyil, ümumilikdə dünya tarixinin qanlı səhifələrindən biridir. 1918-ci ildə erməni silahlıları daşıdığı faşist təfəkkürü ilə bir çox kənd və şəhərlərimizi yerlə yeksan etmiş, minlərlə insanı qətlə yetirmişdir. Bu hadisələrə dair yüzlərlə fakt və dəlil mövcuddur. Xüsusilə, 2007-ci ildə Quba stadionunun təmiri zamanı aşkar edilən kütləvi məzarlıq bu soyqırımının dəhşətlərini bir daha dünyaya çatdırmışdır. Ermənilər özləri belə törətdikləri qırğınları etiraf edirlər. “Ermənilər tərəfindən azərbaycanlıların qırılması çoxdan başlamış, dövlət siyasəti səviyyəsinə qaldırılmış və Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Onda təəccüblənməyə dəyərmi ki, ancaq Ermənistanda daşnak hökuməti özünün 30 aylıq hakimiyyəti dövründə Azərbaycan əhalisinin 60 faizini qırmışdır” - tarixçi Yervand Aleksandroviç Lalayan (1864-1931). “Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü dəstələr yığaraq müharibə gedən Türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər” - tarixçi Yervand Aleksandroviç Lalayan (1864-1931).
1918-ci il hadisələri zamanı minlərlə azərbaycanlını qətlə yetirən Njdenin xatirəsinə 1989-cu ilin martında Qafanda ucaldılan abidənin açılış mərasimində çıxış edən Qafan Rayon Partiya Komitəsinin katibi Mkrtçyan deyib: “...Siz çox çalışdınız, amma azərbaycanlıları Ermənistandan çıxara bilmədiniz. Böyük arzularınızı nəvələriniz yerinə yetirdi. İndi Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb”. Bunlar onların öz etirafları olsa da dünya ictimaiyyəti bu etirafları sanki görməzlikdən gəlir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir. “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Aprel 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri