Icma.az
close
up
RU
İnsanlığa qarşı işlədilmiş ən qanlı cinayət

İnsanlığa qarşı işlədilmiş ən qanlı cinayət

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


XXI əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımından 33 il ayırır bizi. 33 il əvvəl Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına deyil, ümumilikdə insanlığa qarşı işlədilmiş ən qanlı cinayət, soyqırım idi. Xocalı soyqırımı eyni zamanda Ermənistan dövlətinin, onun hərbi birləşmələrinin tarixin müxtəlif vaxtlarında Azərbaycana, azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, deportasiya və soyqırım siyasətinin bir həlqəsi, tərkib hissəsi idi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, XXI əsrin ən qanlı faciəsi, dəhşəti kimi tarixə düşən, ümumiilikdə bəşəriyyətə qarşı törədilən bu soyqırımın təşkilatçıları, həmin prosesdə bilavasitə iştirak edənlər hələ də elə bəşəriyyəti, dünyanı idarə etmək istəyində olanların laqeydliyi səbəbindən beynəlxalq ədalət məhkəməsi qarşısına çıxarılmayıb, onlar öz layiqli cəzalarını almayıblar.
Xocalı suyqırımı 1992-ci il, fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilib. Həmin gecə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum etdi. Qoca-cavan, yaşlı-gənc, körpə uşaq demədən hər kəsə qarşı misli görünməmiş qəddarlıq həyata keçirildi. Xocalı sakinlərinə qarşı xüsusi qəddarlıqla divan tutuldu.
Erməni silahlı birləşmələrinin Xocalıda həyata keçirdikləri hərbi təvavüz nəticəsində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan amansızcasına qətlə yetirildi, meyitləır üzərində təhqiredici hərəkətlərə yol verildi. Bundan başqa 8 ailə tamamilə məhv edildi, 56 nəfər xüsusi işgəncələrlə öldürüldü. Həmin qanlı hadisə zamanı erməni silahlı birləşmələri 1275 nəfəri isə əsir götdü. Həmin qanlı hadisənin qurbanı olmuş 150 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır. Xocalıya xüsusi amansızlıqla hücum edən erməni silahlı birləşmələri təkcə insanları qətlə yetirmədilər, eyni zamanda bu şəhəri yerlə-yeksan etdilər. Bir neçə gün ərzində ermənilər Xocalıda mülki infrastrukturu, tarixi və mədəni abidələr məhv etdilər. Şəhər tamamilə xarabalığa çevrildi.
Təəssüflər olsun ki, Xocalı soyqırımının həyata keçirildiyi ərəfədə hakimiyyətdə olan qüvvələr nəinki belə bir faciənin baş verməməsi üçün əvvəlcədən hansısa adekvat addımlar atdılar, hətta bu soyqırıma hüquqi siyasi qiymətin verilməsi, onun dünyaya çatdırılması istiqamətində heç bir iş görmədilər. Yalnız Ümummilli Lider Heydər Əliyev ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bütün istiqamətlərdə olduğu kimi müxtəlif dövrlərdə xalqımızın başına gətirilən müsibətlər, faciələrə hüquqi-siyasi qiymətin verilməsi, həmin faciələrin dünyaya çatdırılması istiqamətində əməli addımlar atılmağa başlandı. Beləliklə, 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi və 26 fevral “Xocalı soyqırımı günü” elan edildi. Bu, faciənin unudulmaması, gənc nəsildə Xocalı soyqırımı barədə müfəssəl məlumatın formalaşması baxımından atılmış mühüm addım idi. Ümummilli Liderin 25 fevral 1997-ci il tarixində imzaladığı Sərəncam ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.
Ədalətsiz, ikili standartlardan yana olan dünya faciənin ilk illərində hər nə qədər ermənilərin Xocalıda törətdikləri soyqırıma biganə qalıb xalqımıza qarşı həyata keçirilmiş qətliamı tanımamağa çalışsa da, lakin sonradan bu istiqamətdə aparılan sistemli iş Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində müəyyən mənada müsbət nəticələrin əldə olunmasına gətirib çıxardı. Bu mənada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın 2008-ci ildən başlatdığı “Xocalıya Ədalət” kampaniyası sözügedən soyqırımın dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, məhz Leyla xanımın başlatmış olduğu bu uğurlu fəaliyyəti nəticəsində ötən illər ərzində onlarla ölkənin parlamentləri, digər rəsmi qurumları, ayrı-ayrı beynəlxalq təşkilatlar Xocalıda baş verənləri soyqırım kimi tanıyıb, bu hadisəni pisləyən bəyanatlar qəbul ediblər. Məlumat üçün qeyd edək ki, bu günə qədər Pakistan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, İordaniya, Peru, Honduras, Panama, Sudan, Paraqvay, Şotlandiya və digər ölkələrin parlamentləri Xocalı soyqırımını rəsmən tanıyıb, ABŞ-ın 20-dən çox ştatında bu faciə ilə bağlı müvafiq qətnamələr qəbul edilib.
Bu gün Xocalı azaddır. 30 illik işğaldan sonra tarixi Zəfərimizlə düşmədən azad edilən Xocalıda bu gün bütün azad edilmiş ərazilərdə olduğu kimi quruculuq-abadlıq işləri həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqla tarixi ədaləti bərpa etdi. Artıq Xocalı şəhidlərimizin ruhları rahatdır.
İlham Məmmədov, Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Fevral 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri