Icma.az
close
up
RU
İnsanlıq üçün təhlükəli süni zəka modelləri ilə bağlı YENİ XƏBƏR

İnsanlıq üçün təhlükəli süni zəka modelləri ilə bağlı YENİ XƏBƏR

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Meta-nın CEO-su Mark Zuckerberg əvvəllər ümumi süni zəka (AGI) – insan səviyyəsində olan süni zəka yaradacağını və onu hamının istifadəsinə açıq edəcəyini vəd etmişdi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin indi şirkətin siyasətini müəyyən edən əsas sənədlərdən birində bu cür qabaqcıl süni zəka sistemlərinin buraxılmasının ləğv edilə biləcəyi hallar açıqlanıb. “Frontier AI Framework” adlı bu sənəddə Meta 2 növ süni zəka sistemini çox riskli hesab edir və onları istifadəyə verməməyi nəzərdə tutur:
- Yüksək riskli  sistemlər
- Kritik riskli sistemlər
   

Bu sistemlər potensial kibercinayətkarlara kibertəhlükəsizlik tədbirlərini aşmağa, kimyəvi və bioloji hücumlar həyata keçirməyə kömək edə bilər. Fərq ondadır ki, kritik riskli sistemlər "geri qaytarılması mümkün olmayan və katastrofik nəticələrə səbəb ola biləcək" süni zəka modelləridir. Yüksək riskli sistemlər isə hakerlərə və digər cinayətkarlara müəyyən hücumları asanlaşdırsa da, kritik riskli sistemlərdən daha az təhlükəli hesab olunur. Meta bu cür süni zəkanın yarada biləcəyi potensial hücumlara bir neçə hipotetik nümunə gətirir. Bunlar arasında “tam avtomatlaşdırılmış şəkildə qabaqcıl təhlükəsizlik sistemləri ilə qorunan korporativ mühitin sındırılması” və “son dərəcə effektiv bioloji silahın yaradılması və yayılması” var.

Şirkət bildirir ki, sənəddə göstərilən təhlükələr tam siyahı deyil – burada yalnız süni zəkanın bilavasitə fəaliyyəti nəticəsində baş verməsi ehtimal olunan və təcili hesab edilən risklər qeyd edilib. Bu sistem təhdidləri real təcrübələr əsasında deyil, daxili və xarici araşdırmaların məlumatları əsasında təsnif edilir. Meta bildirib ki, elmi üsullar hələ də təhlükənin miqyasını müəyyən etmək üçün kifayət qədər etibarlı deyil və süni zəkanın risklərini tam şəkildə təyin etmək çətindir. Əgər Meta müəyyən edərsə ki, hər hansısa bir süni zəka sistemi yüksək risk kateqoriyasına aiddir, bu halda:

- Şirkət daxilində bu sistemə çıxış məhdudlaşdırılacaq
- Onun ictimai istifadəyə verilməsi təxirə salınacaq
- Yalnız risk səviyyəsi "mülayim həddə" endirildikdən sonra buraxılışına icazə veriləcək.
- Əgər sistem kritik risk kateqoriyasına daxil edilərsə:
- Meta müəyyən edilməmiş təhlükəsizlik tədbirlərini həyata keçirməyi öhdəsinə götürür
- Sistemin inkişafını dayandırır
- Lazımi təhlükəsizlik səviyyəsinə çatana qədər onun üzərində çalışmayacaq.

Şirkət sənədi süni zəka sənayesinin inkişafına uyğun olaraq yeniləməyi planlaşdırır. Bu sənəd rəsmi olaraq bu ay keçiriləcək France AI Action Summit tədbiri ərəfəsində dərc ediləcək. Meta digər ABŞ texnologiya nəhənglərindən fərqli olaraq, öz Llama süni zəka modellərinin mənbə kodunu açıq şəkildə təqdim edir. Bu sənədin yaradılması, Meta-nın, süni zəka modellərini açıq yayımlayacağını elan edən, lakin hələlik təhlükəsizlik tədbirləri barədə danışmayan Çin şirkəti DeepSeek-ə qarşı mövqeyini gücləndirmək məqsədi daşıya bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Fevral 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri