“Instagram və TikTok yeniyetmə qızları qurbana çevirir” Kəmalə Ağazadə
Bizim media saytına istinadən Icma.az xəbər verir.
"Sosial şəbəkələr üzündən artıq qurbana çevrilmiş uşaqlar, yəni hüquq mühafizə orqanları tərəfindən özünəqəsd etməsi, ailədə münaqişəli vəziyyətə düşməsi, fiziki şiddət görməsi aşkarlandığı halda bizə müraciət edirlər. Bu zaman biz çox sayda problemlər aşkarlayırıq".
Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Yeni reallıqlar, yeni həllər: uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi” mövzusunda keçirilən ictimai dinləmə zamanı jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, qurbana çevrilərək sığınacağa yerləşdirilmə müraciətləri daha çox qızlarla bağlıdır:
"Təkcə "Mavi balina" kimi oyunlar deyil, müxtəlif oyunlar, "Instagram", " TikTok" kimi platformalar üzərindən tanışlıq səhifələri və tanış olduqdan sonra asılılıq yaranması, valideynlərin uşağına diqqət etməməsi və bu kimi çox problem var. Ən çox qızlar qurbana çevrilirlər və adətən qurbanlar 11-17 yaş arasında olur. Müraciət edən uşaqlarla birinci adaptasiya başlayır, psixoloji qiymətləndirmə aparılır və mütəxəssislər işə başlayırlar. Bəzi halda bu təsir uşaqlarda intihar həddinə çatır və belə olduqda tibbi müdaxiləyə ehtiyac yaranır".
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 25 Dekabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















