Icma.az
close
up
RU
İnsult riskini artıran vərdişlər

İnsult riskini artıran vərdişlər

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Beyin insultu – bu, beyin qan dövranının pozulması nəticəsində yaranan təhlükəli və kəskin bir haldır. Bu vəziyyət müxtəlif növ nevroloji əlamətlərə, hətta ölümə səbəb ola bilər".

Ölkə.az xəbər verir ki, bunu rusiyalı həkim Olqa Zintseva deyib.

Həkimin sözlərinə görə, insult iki növdə olur. Ən geniş yayılmışı işemik insultdur: "Bu, damar tıxanması nəticəsində yaranır və beyin toxumalarının oksigen çatışmazlığı səbəbindən qidalanmamasına, nəticədə isə beyin hüceyrələrinin ölümünə, yəni beyin işemiyasına səbəb olur. İşemiya sahəsi nə qədər böyükdürsə, bir o qədər çox beyin sahəsi zərər görür və insanın funksiyaları pozulur. Digər növ isə hemorragik insultdur. Bu, damar partlaması nəticəsində beyinə qan sızması ilə baş verir. Bu növ daha təhlükəli və sürətli inkişaf edir.

İndi isə insultun yaranmasına səbəb olan amillərdən danışaq. İlk olaraq riskin artmasına səbəb olan xəstəliklərdən bəhs etmək lazımdır. Xüsusilə də düzgün qidalanmama nəticəsində yaranan ateroskleroz — yağlı, qızardılmış yeməklər və 'zərərli' xolesterin bu prosesi sürətləndirir.

Bundan əlavə, şəkərli diabet xəstəliyi zamanı da risk artır, çünki bu xəstələrdə damar divarları daha nazik olur və asanlıqla zədələnə bilir. Arterial hipertenziyadan (yüksək qan təzyiqi) əziyyət çəkənlər də xüsusilə diqqətli olmalıdırlar, çünki yüksək təzyiq damar divarlarına əlavə yük yaradır və bu da onların zədələnməsinə səbəb ola bilər".

Onun sözlərinə görə, digər risk amilləri arasında azhərəkətli həyat tərzi, zərərli vərdişlər (siqaret çəkmək, alkoqoldan sui-istifadə), bəzi dərman vasitələrinin qəbulu da var:

“Məsələn, antikoaqulyantların qəbulu qan laxtalanmasını azaldır. Bu da damar zədələnməsi halında qanaxmaya səbəb ola bilər. Kontraseptivlər isə laxtalanmanı artırdığı üçün tromb əmələ gəlməsinə səbəb ola bilər".

Bundan əlavə, mütəxəssisin sözlərinə görə, bu xəstəliyin inkişafında irsi faktorun da mühüm rolu var. Lakin bu gün genetik analizlərin köməyi ilə insult riskini qiymətləndirmək və zərurət olduqda fərdi profilaktika planı hazırlamaq mümkündür.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Aprel 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri