Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İntellektuallığın yaraşmadığı İbrahim Nəbioğlu Saffari yazır..

İntellektuallığın yaraşmadığı İbrahim Nəbioğlu Saffari yazır..

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Azərbaycanda elə adamlar var, onların məşhurluğu, müəyyən qədər sevilməyi əksərən intellektual təbəqə arasında qıcıq yaradır. Yəni adi adamlar həmin adamları sevsələr belə, əli kitablı, qələmli adamlar sevmir, həqiqi yerinin harada olduğunu yaxşı bilir. İbrahim Nəbioğlu özünü hər cəhdində intellektual obrazda göstərsə də, alınmır. Hətta bir gün alınsa da, ona intellektual olmaq yaraşmır.

Çox nadir hallarda hansısa yazıçının, şairin, jurnalistin, hətta alimin, akademikin dilindən İbrahim Nəbioğlu haqqında müsbət fikir eşitmişəm. Adətən, onun haqqında eşitdiyim ən müsbət fikirlərdə belə olur: “Pis deyil e, amma…”.

Məncə, əsl İbrahim Nəbioğlu o ammadan sonradır.

Özü də, tək İbrahim Nəbioğlu yox, ümumiyyətlə, onun timsalında bir çox adama qarşı bu münasibət həmişə məni düşündürüb. Çıxartdığım nəticə bu olub ki, ziyalı təbəqə doğrudan da bu adamları yaxşı tanıyır, savadına, xarakterlərinə bələddirlər, adi insanlar kimi təqdim edilənə, görüntüyə aldanmırlar.

İbrahim Nəbioğlu vikipedik məlumat olaraq jurnalist, yazıçı, publisistdir. Yəni bunu onun haqqındakı məlumatlar deyir, jurnalistin, yazıçının, publisistin kim olduğunu bilən adamlar yox.

İbrahim Nəbioğlu, bəlkə də, sahəsi üzrə peşəkar adamdır. Ancaq hesab edirəm, onun ictimai obrazı olduqca qeyri-peşəkardır. İbrahim Nəbioğlu da əksərən sahəsində kənarda, daha çox şou xarakterli məsələlərdə görünüb.

İbrahim Nəbioğlu adını həmişə Aydın Mirzəcanzadənin kölgəsində xatırlamışam. Daha dəqiq, İbrahim Nəbioğlunun müəllimi Aydın Mirzəcanzadənin adından qəsdən istifadə etdiyini düşünmüşəm. Elə bilirəm, Aydın Mirzəcanzadə sağ olsaydı, deyərdi, İbo, bəsdir daha, olmadı ki. Ola bilsin ki, İbrahim Nəbioğlu sevərlər “müəllimini xatırlayır, uca tutur” deyə bilər. Qulağıma ayaq səslərinizlə bərabər bu da gəlir. Ancaq belə deyil. Nədənsə, onu bu vəfası qeyri-səmimi görsənir.

Onu sonuncu dəfə “Gələcək çox tez gələcək” kitabının təbliğatı zamanı müşahidə etdim. Ümumiyyətlə, İbrahim Nəbioğlu gələcək haqqında nə deyə bilər ki? Doğrudanmı onun çox parlaq zəkası, gələcək haqqında fikir deyə bilmək təfəkkürü var? Bir gələcək haqqında İbrahim Nəbioğlu nəsə deyəcəksə, gəlməz olsun o gələcək.

Hesab edirəm, onun elmdən çox şouya, şoumenliyə, mənasız populizmə daha çox meyli var. Uzun müddət onu izləsəm də, hələ bir ciddi elmi hadisənin fonu ətrafında müşahidə edə bilməmişəm.

İbrahim Nəbioğlu çox vaxt ağlasığmaz fikirləri ilə elminə şübhə salmağa davam edib.

Yaxşı xatırlayıram, bir zamanlar demişdi ki, “İranın bölünməsi Türkiyənin bölünməsi deməkdir”.

Məsələn, bu cür bir təfəkkürü, fikri necə və niyə ciddiyə alasan?

Mənə elə gəlir, İbrahim Nəbioğluda bütöv heç nə yoxdur. Hər şeydən bir az var və o hər şeydən bir azların özü də yarımçıqdır.

Bir az jurnalistdir, amma jurnalistikanın tələb etdiyi peşəkar skeptisizm görünmür. Bir az yazıçıdır, amma yazıçının təxəyyül və dil gücü hiss olunmur. Bir az publisistdir, amma publisistin cəmiyyətə yeni fikir vermək qabiliyyəti çatışmır. Bir az elm adamı kimi görünmək istəyir, amma elmin tələb etdiyi intellektual dərinlik ortaya çıxmır.

Bu səbəbdən də onun haqqında danışanda adamın ağlına konkret bir keyfiyyət gəlmir. Məsələn, hansısa yazıçının adı çəkiləndə ilk növbədə əsərləri yada düşür. Hansısa alimin adı çəkiləndə elmi fəaliyyəti, nəzəriyyələri yada düşür. Hansısa jurnalistin adı çəkiləndə araşdırmaları yada düşür. İbrahim Nəbioğlu haqqında düşünəndə isə daha çox özü yada düşür.

O da heç bilmirsən, niyə?

Bəzən elə təsəvvür yaranır ki, o, daim özünü böyük intellektual ənənənin davamçısı kimi təqdim etməyə çalışır.

Halbuki ənənənin davamçısı olmaq üçün həmin ənənəyə yeni bir şey əlavə etmək lazımdır. Gərək adamın özündə də intellektdə bir əsər-əlamət olsun. Sadəcə böyük adların kölgəsində dayanmaq, həmin kölgəni öz reputasiyasının bir hissəsinə çevirmək kifayət etmir. Bunlarla özünü də, başqalarını da bir müddət aldatmaq olur.

Bəlkə də, İbrahim Nəbioğlunun əsas problemi istedadsızlıq filan deyil.

Əsas problem özünü olduğundan daha böyük göstərmək cəhdidir. İnsan müəyyən həddə qədər auditoriyanı, müəyyən həddə qədər medianı, müəyyən həddə qədər sosial şəbəkələri inandıra bilər.

Amma məsələn, intellektual mühiti aldatmaq çətindir.

Çünki onlar təqdimatı yox, məzmunu qiymətləndirirlər.

Məsələn, İbrahim Nəbioğlu adı gələndə onun nə etdiyi yox, kim olduğu, ictimai-siyasi fəaliyyətindən danışılır. Halbuki quruca da olsa, dişədəyən bir fəaliyyət olmalıdır.

Görünən odur ki, İbrahim Nəbioğlu ömrünü bioqrafiyasını ad olaraq düzəltməyə hesablayıb.

O və onun kimi adamların həyatına baxanda adamın ağlına aeroport gəlir. Daim hərəkət var. Daim elanlar səslənir. Daim harasa uçulur. Daim nəsə təqdim olunur. Daim yeni layihə başlayır. Daim yeni kitab gəlir. Daim yeni fikir gəlir. Bircə şey gəlmir, o da nəticə.

Orxan Saffari
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 İyun 2026 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri