Icma.az
close
up
RU
İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı İKTA ya şikayət olunub

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı İKTA ya şikayət olunub

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) çoxmənzilli yaşayış binalarında sakinlərin internet telekommunikasiya xidməti göstərən operator və provayderi sərbəst seçmək hüququnun qorunması, operator və provayderlərə bərabər şərait yaradılması istiqamətində fəaliyyətini davam etdirir.

İKTA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, son 1 il ərzində İKTA-ya 194 yaşayış kompleksində operator və provayderi sərbəst seçmək hüququnun təmin edilməsi, operator və provayderlərə bərabər şəraitin yaradılması ilə bağlı 215 müraciət daxil olub.

Qeyd edilib ki, İKTA tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 83 müraciət üzrə çoxmənzilli yaşayış binalarında 1 internet provayderinin fəaliyyət göstərdiyi aşkar edilib. Bundan əlavə, 80 müraciət üzrə 236 müraciət üzrə isə 3 və daha artıq internet provayderinin fəaliyyət göstərdiyi müəyyən olunub.

Hazırda tənzimləyici qurum tərəfindən 16 müraciət üzrə məsələnin araşdırılması həyata keçirilir.

İKTA tərəfindən atılmış addımlar nəticəsində 17 müraciət müsbət həllini tapıb. Belə ki, müvafiq MTK-lar və idarəedici təşkilatlar tərəfindən internet operator və provayderlərə həmin binalarda fəaliyyət göstərmək imkanı yaradılıb. Digər müraciətlər üzrə də tədbirlər davam etdirilir.

Telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurum İKTA bəyan edir ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, abunəçilərin operator və provayderləri sərbəst seçmək hüququ var və bu hüququn təmin edilməsinə müvafiq şərait yaradılmalıdır.

Tənzimləyici qurum istifadəçilərin maraq və hüquqlarının pozulmasına səbəb olmaqla digər operator və provayderlərin fəaliyyətinə maneə törədərək tək fəaliyyət göstərən operator və provayderlər barəsində qanunvericiliyə uyğun tədbirlərin davam etdiriləcəyini bir daha xatırladır.

Agentlik bəyan edir ki, qanunvericiliyə uyğun olaraq istifadəçilərin maraq və hüquqlarının pozulmasına, yaxud qanunazidd olan hər hansı digər əməllərə yol verən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Müvafiq pozuntu halları ilə qarşılaşan istehlakçı və internet provayderlərinə bu məsələlərlə bağlı tənzimləyici quruma müraciət etmələri tövsiyə olunur.

Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 07 İyun 2025 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see208

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see200

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see149

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see143

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see140

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see139

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see138

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see138

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see135

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see131

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see130

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see124

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see123

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri