Icma.az
close
up
RU
İntim koordinatorlar, ilan sağanlar, peşəkar yatmaq işinə baxanlar Ən qəribə qazanc sahələri VİDEO

İntim koordinatorlar, ilan sağanlar, peşəkar yatmaq işinə baxanlar Ən qəribə qazanc sahələri VİDEO

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Texnologiya əsrində bir çox sahələrdə insanlar gününün əksər hissəsini kompüter qarşısında keçirir və ya standart işləri görürlər. Bununla belə dünyada işinin fərqliliyi ilə seçilən çox sayda insanlar var.

Ölkə.Az ən qeyri-adi peşələri təqdim edir:

İlan sağanlar

İlanlar məməli heyvanlar deyil və təbii ki, sağmaq sözü başqa mənada işlədilir. İlan sağanlar sürünənlərdən zəhər toplayır. Alınan zəhərlərdən hər il minlərlə insanın həyatını xilas etmək üçün antidotlar hazırlanır. Bu peşənin sahibləri ayda 2-5 min dollar qazanırlar.
Heyvan psixoloqluğu da kifayət qədər maraqlı peşədir. Çünki heyvanların duyğuları haqqında bilmədiyimiz çox şey var. İnsanlar kimi heyvanlar da güvənmək, depressiyaya düşmək kimi ortaq xüsusiyyətlərə malikdir. Heyvan psixoloqlarının illik gəliri isə 30-100 min dollar aralığında dəyişir.

İt yeməklərini dadanlar 

Dünyada milyonlarla ev iti var və heyvanlar danışa bimədiklərinə görə onların yeməklərini bəyənib-bəyənmədiklərini öyrənmək mümkün olmur. Bunun əvəzinə, ev heyvanları üçün dequstatorlar var. Onların əsas işi ev heyvanı yeməklərinin qida dəyərini qiymətləndirməkdir. Təəssüf ki, bunun üçün heyvan yeməklərini dadmaq da tələb olunur. Bu peşə sahiblərinin bir ildə 30-100 min dollar qazanmaq potensialı var.

Fenq şui məsləhətçiləri - insanların yaşadığı və ya işlədiyi yerlərin enerji axınını tarazlamaq üçün çin fəlsəfəsinə əsaslanan məkanın hazırlanması ilə məşğul olur.
Onlar evlərin, ofislərin və digər məkanların planına baxıb, enerji (chi) axınının düzgün olub-olmadığını analiz edirlər. Məkanın pul, sağlamlıq, münasibətlər və bolluq sahələrini gücləndirmək üçün müxtəlif tövsiyələr verirlər.

Rənglərdən, simvollardan və materiallardan enerji tarazlığı yaratmaq üçün istifadə edirlər. Saatda 50-400 dollar qazanırlar.
İy ekspertləri müxtəlif məhsulları və ya mühitləri qoxulayıb iyin keyfiyyətini, gücünü və xoşagəlməz olub-olmadığını qiymətləndirən şəxslərdir.
Bu peşə sahibləri  ətir və kosmetika, qida, avtomobil və geyim sənayesində təmizlik vasitələrinin istehsalında çalışırlar. Onların güclü qoxu duyumu, iyləri təsvir və ayırd etmək bacarığı olmalıdır, bəzən sertifikat və ya testlərdən keçməlidirlər.

İntim səhnə əlaqələndiricisi film, serial, teatrda intim səhnələrin - öpüşmə, yaxın fiziki kontakt, cinsi məzmunlu səhnələr və s. çəkilişini həm etik, həm də təhlükəsizlik baxımından təşkil edən mütəxəssisdir.

Onların əsas vəzifələri aktyorların razılığını təmin etmək, hansı hərəkətlərin olacağını əvvəlcədən planlaşdırmaq, sərhədləri müəyyənləşdirməkdir. İntim koordinatorların günlük qazancı 1100 dollardır.

Professional yas tutanlar və ya moiroloqlar Misir, Aralıq dənizi, Çin və Yaxın Şərq mədəniyyətlərində yaranıb. Onlar ölən insan üçün ağlamaq, mərhumun ailəsinə təsəlli vermək və ya təriflər söyləmək üçün hər məclis başına 30-120 dollar qazanırlar.

Peşəkar yatan şəxslər – Yuxu tədqiqatları aparan laboratoriyalar bu cür şəxsləri işə götürür.
Məqsəd yuxu pozuntuları, xoruldama, apne kimi halların öyrənilməsidir. Yuxu zamanı onların beyin dalğaları, ürək döyüntüsü, tənəffüs və digər fizioloji göstəriciləri izlənir.
Yataq, döşək və ya yastıq istehsalçıları da məhsullarını test etdirmək üçün professional yatanları işə cəlb edirlər.

Bu şəxslərdən uzun müddət rahat şəkildə yatmaq, tədqiqat üçün lazım olan avadanlıqlara qoşulmağa dözümlülük, dəqiq müşahidə bacarığı, bəzən isə səs-küylü və ya işıqlı otaqda yatmaq tələb olunur. Peşəkar yatanlar çalışdıqları yerdə asılı olaraq həftəlik 1000-3500, aylıq 15 min dollara qədər qazana bilirlər.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 May 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see234

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see165

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see151

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see146

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see143

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see141

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri