İordaniyada kilsəyə hücum: Ölənlərin sayı 8 ə çatıb
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İordaniyanın Əl-Kərək şəhərindəki pravoslav kilsəsinə terrorçuların hücumu zamanı ağır yaralanan qadın müalicə aldığı yerli xəstəxanada vəfat edib. Krallığın Səhiyyə Nazirliyinin açıqlamasına görə, bununla da terror aktı nəticəsində həlak olanların ümumi sayı səkkizə yüksəlib.
AZXEBER.COM "Oxu.Az”a istinadən xəbər verir ki, səhiyyə naziri İbrahim əl-Baddurun verdiyi məlumata əsasən, hazırda 27 yaralı tibb müəssisələrində qalmaqdadır.
"Səkkiz zərərçəkmiş Şahzadə Əli bin Hüseyn hərbi hospitalına köçürülüb, həkimlər onlardan ikisinin vəziyyətini kritik olaraq qiymətləndirirlər", - deyə nazir qeyd edib.
Məlumata görə İordaniyanın xüsusi xidmət orqanları kilsəyə hücum təşkil edən terror qruplaşmasının üzvlərini hələlik saxlaya bilməyib. Cinayətkarların axtarış tədbirləri davam etdirilir.
Əmman və digər böyük şəhərlərdə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib.
Xatırladaq ki, cümə günü üç terrorçu Əl-Kərək əyalətinin Hammud bölgəsində yerləşən Müqəddəs Georgi pravoslav kilsəsinin önündə atəş açıb. Dəfn mərasimi gedişatında həyata keçirilən silahlı basqın nəticəsində səkkiz nəfər həyatını itirib, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İordaniya Kralı II Abdullah xəstəxanalarda olan yaralıları şəxsən ziyarət edərək, terror aktını törədənlərə ən sərt şəkildə cavab veriləcəyini bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 24 Oktyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















