Icma.az
close
up
RU
IOTA nın Bakıda keçirilən 29 cu Baş Assambleyası işini başa çatdırıb

IOTA nın Bakıda keçirilən 29 cu Baş Assambleyası işini başa çatdırıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 iyun, AZƏRTAC

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyasının texniki sessiyası başa çatıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, “Sürətlə dəyişən mühitdə adaptiv və çevik vergi administrasiyası” mövzusunda keçirilən assambleyanın texniki sessiyasında innovativ idarəetmə yanaşmaları, rəqəmsal texnologiyaların tətbiqi və çevik vergi inzibatçılığı üzrə qabaqcıl beynəlxalq təcrübələr təqdim edilib.

İştirakçılar “İstifadəçi mərkəzli yanaşma”, “Çevik metodologiyanın tətbiqi” və “Vergi əməliyyatlarında dizayn düşüncə üsulu” mövzularında keçirilən tematik bölmələrdə vergi administrasiyalarının konkret təcrübə və təşəbbüsləri ilə tanış olublar. Azərbaycan, Polşa, Latviya, Türkiyə, Yunanıstan, Böyük Britaniya və digər ölkələrin nümayəndələri təqdimatlarla çıxış edərək, istifadəçi ehtiyaclarına uyğunlaşdırılmış xidmətlər, çevik yanaşmaların praktiki tətbiqi və dizayn əsaslı vergi islahatları haqqında məlumat veriblər.

Plenar müzakirələr zamanı texniki sessiyaların nəticələri ümumiləşdirilib və paralel bölmələr üzrə əsas nəticələr diskussiya formatında təqdim olunub.

Bağlanış mərasimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli iştirakçılara təşəkkür edib, müzakirələrin təşkilata və üzv ölkələrə verdiyi töhfələri vurğulayıb. Qeyd edib ki, Assambleyada keçirilən müzakirələrdə davamlı irəliləyiş üçün çevik strategiyaların hazırlanması, liderlik və insan kapitalının inkişafı, vergi idarələrinin idarəetmə modellərinin transformasiyası ilə bağlı konkret nümunələr və yanaşmalar nümayiş olunub. Paralel sessiyalarda istifadəçi mərkəzli xidmətlərin dizaynı, “Agile” və “Design Thinking” kimi yanaşmaların tətbiqinə qədər geniş təcrübə mübadiləsi aparılıb ki, bu təcrübələr IOTA çərçivəsində gələcək əməkdaşlıq üçün çox dəyərli əsasdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri