Icma.az
close
up
RU
Menu

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

Qaradağ Lökbatan ın Şəki Siti ni məğlub etdiyi matç VİDEO

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

Putinlə Mişustinin maaşı artdı

Milli Məclisdə görüşlər

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

Nəsimi fəlsəfəsi zamanın fövqündə

AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

İpə sapa yatmayan şagirdləri həbsxanalara aparıb real mənzərə ilə tanış etmək hansı nəticəni verə bilər? FİKİRLƏR HAÇALANDI FOTO

İpə sapa yatmayan şagirdləri həbsxanalara aparıb real mənzərə ilə tanış etmək hansı nəticəni verə bilər? FİKİRLƏR HAÇALANDI FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təsəvvür edin ki, məktəbli gənclər dərs kitablarından kənara çıxaraq həyatın ən sərt üzünü canlı şəkildə görürlər. Onlar qarşılarına çıxan insanlardan yalnız nəzəri dərs deyil, real həyat təcrübəsi alırlar. Hüquqşünas Müşfiq Abbasov belə bir ideya səsləndirib ki, şagirdlərin tərbiyəsində ənənəvi üsullardan əlavə yeni yanaşmalara da ehtiyac var.
Onun təklifinə görə, müəyyən yaşa çatmış məktəbli şagirdlər cəzaçəkmə müəssisələrinə aparıla bilər. Burada onlar cinayət törədərək azadlığını itirmiş şəxslərlə görüşüb onların həyat hekayələrini birbaşa öz dillərindən eşidəcəklər. Qız şagirdlər də həmçinin sosial mərkəzlərə və ya qadınların yerləşdiyi müəssisələrə aparıla bilər ki, burada da həyatın ağır dərsləri ilə tanış olmaq imkanı əldə etsinlər.
Məqsəd gənclərə nəsihət deyil, real nümunələr göstərmək, səhv yola düşməyin necə acı nəticələr doğurduğunu bildirməkdir. Bəs belə bir təcrübə şagirdlərin davranışına həqiqətən təsir edə bilərmi?


Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Avtosfer.az-a bildirib ki, bu addım yeniyetmələrə, gənclərə və şagirdlərə müəyyən psixoloji təsir göstərə bilər: “Amma bu təsir çox cüzi olacaq. Çünki problemin kökü təkcə belə tədbirlərlə həll edilə biləcək səviyyədə deyil. Səbəblər çox daha dərin, fundamental və kompleksdir. Burada söhbət bütünlükdə sistemli bir problemdən gedir. Əsas məsələ ondan ibarətdir ki, uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtı düzgün təşkil edilmir. Onların fərdi inkişafı üçün imkanlar yaradılmır, boş buraxılır. Sosial-iqtisadi vəziyyətin çətinliyi və mənfi yönlü təbliğatlar vəziyyəti daha da ağırlaşdırır. Sovet dövründə bu məsələyə tamamilə başqa cür yanaşılırdı. O vaxt uşaqların və gənclərin asudə vaxtı çox mütəşəkkil şəkildə təşkil olunurdu. Məktəbdən sonra çoxsaylı idman kurslarına, yaradıcılıq dərnəklərinə, musiqi və şahmat məktəblərinə, ixtiraçılıq və texniki yaradıcılıq klublarına gedirdilər. Əksər uşaqlar faydalı fəaliyyətlə məşğul olur, zəhmətə alışır, bacarıqlarını inkişaf etdirirdilər. Hətta peşə məktəbləri də geniş yayılmışdı. 10-11-ci sinif şagirdləri şənbə və bazar günləri bu məktəblərə gedərək sürücülük, dərzilik kimi müxtəlif peşələrə yiyələnirdilər. Beləliklə, gənclər həm faydalı işlə məşğul olur, həm də sağlamlıqlarını, yaradıcılıqlarını və fərdi inkişaflarını təmin edirdilər. Ən əsası isə bütün bunlar dövlət hesabına pulsuz təşkil olunurdu”.
Sosioloqun fikrincə, indi “bazar iqtisadiyyatı” adı ilə keçdiyimiz sistemdə həmin imkanların çoxu dağılıb: “Yalnız az sayda idman və yaradıcılıq mərkəzləri qalıb, onların da hamısı pulludur. Ən ucuz kursların qiyməti 50-60, bəzən 100 manatdan başlayır. Bu isə əhalinin ən azı 80%-i üçün əlçatan deyil. Çünki minimum əməkhaqqı 400 manat olan bir ölkədə valideynin bir uşağı belə bu kurslara yazdırması böyük maddi yükdür. Orta hesabla hər evdə 2-3 uşaq olduğunu nəzərə alsaq bu xərcləri ödəmək ümumiyyətlə, qeyri-mümkün olur. Nəticədə uşaqlar boş vaxtlarını küçələrdə keçirir, kriminal qruplara meyl göstərir, narkomaniyaya və digər zərərli vərdişlərə aludə olurlar. Üstəlik, tərbiyə və təbliğat işi də zəifdir. Sovet dövründə məktəb həm təhsil, həm də tərbiyə funksiyasını daşıyırdı. İndi isə müəllimlərdən bu funksiyanı qəsdən alıblar və uşaqlar sahibsiz qalıb. Saymazlıq və özbaşınalıq ailə-məktəb münasibətlərinə və cəmiyyətə pis təsir göstərir. Şagirdlər müəllimləri təhqir edə, onlara hörmətsizlik edə bilərlər və bunun üçün onlara heç bir cəza tətbiq edilmir. Əks halda “müəllimi məhv edəcəyik, işdən çıxaracağıq, hətta həbs etdirəcəyik” kimi təhdidlər edilir. Belə münasibət məktəbin tərbiyə funksiyasını zəiflədir. Ailədə valideynlər də uşaqlara lazımınca tərbiyə verə bilmirlər: uzun iş qrafiki, müxtəlif məşğuliyyətlər valideynləri uşaqlardan uzaqlaşdırır. Kimin vaxtı olsa da, əksəriyyət internetdə, sosial şəbəkələrdə vaxt keçirir, qıraqdan qeyri-ciddi məşğuliyyətlər, söhbətlər və seriallara baxış valideyn-məişət əlaqəsini zəiflədir. Nəticədə uşaqlar maraqsız halda qalıb, nə küçələrdə, nə də evdə düzgün məşğul edilirlər”. 
Elçin Bayramlı vurğulayıb ki, uşaqların əlinə smartfon verilir və təhlükəli internet məkanı ilə təkbaşına buraxılırlar, burada psixotronik, terror və digər zərərli təbliğatlar uşaqların dünyagörüşünə mənfi təsir edir: “Beləliklə, cəmiyyət, valideynlər və dövlət birgə şəkildə uşaqların tərbiyəsini pozurlar: həm təhsil, həm tərbiyə sahəsində ciddi boşluqlar yaranır. Nəticədə uşaq cinayəti, uşaqlar arasında narkomaniya, aqressiya və zərərli vərdişlər artır. Şagirdlər ətrafdan yalnız mənfilik görürlər: ədalətsizlik, qanunsuzluq, özbaşınalıq, kriminal elementlərin cəmiyyətdə necə hörmət və qazanc əldə etdiyini müşahidə edirlər. Müğənnilərin, avtoritetlərin və banditlərin yaxşı yaşayışını, rahat həyat tərzini görən uşaqlar müəllimlərin və alimlərin çətin vəziyyətini anlamır. Belə bir mühitdə heç bir ənənəvi tərbiyə metodu istənilən nəticəni verməyəcək, uşaq gördüyü ilə formalaşır. Bu vəziyyət yalnız kiçik tədbirlərlə düzəlməyəcək. Həbsxanaya göstərilən səfərlər bəlkə cüzi təsir göstərə bilər, bəzən isə maraq da oyada bilər, amma ümumi problemi həll etmək üçün bu kifayət deyil. Belə təşəbbüslər müsbət olsa da, onların rolunu 1%-dən çox qiymətləndirmək olmaz; əslində 99% problemi fundamental sosial-siyasi və iqtisadi amillər təşkil edir. Problemin kökündə ölkənin sosial vəziyyəti, ailələrin maddi çətinlikləri, insanların psixoloji gərginliyi, kapitalist istismarının valideynlərin uşaqlara vaxt ayıra bilməməsi, televiziyanın və internetin yaydığı neqativ təbliğat və ətrafda gözlə görünən negativ nümunələr durur. Bütün bu amillər bir yerdə uşaqların psixologiyasını və tərbiyəsini məhv edir. Məktəbdə, ailədə və küçədə üzə çıxan davranış pozuntuları bu mürəkkəb mənzərənin əksidir. Hissiz, duyğusuz, düşüncəsiz, aqressiv və özünəqapanmış kütlə formalaşmaqdadır. Bu problemlər aradan qaldırılmalıdır; yol xırda və lokal tədbirlərdən keçmir. Əsas struktural, sosial və iqtisadi səbəblər həll olunmazsa, qarşıda daha ağır faciəvi nəticələr bizi gözləyir: gələcəkdə kriminalitetin, narkomaniyanın və əxlaqi pozuntuların artması mümkündür. Bu siqnalları görməli və həm cəmiyyət, həm dövlət səviyyəsində kompleks, sistemli tədbirlər görməliyik”. 


Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev Avtosfer.az-a açıqlamasında bildirib ki, bu təşəbbüsün müəyyən qədər müsbət addım kimi dəyərləndirilməsi mümkündür: “Lakin şagirdlərin birbaşa cəzaçəkmə müəssisələrinə aparılması mənə görə etik baxımdan düzgün deyil. Bu təşəbbüsü daha məqsədəuyğun formada reallaşdırmaq üçün cəzaçəkmə müəssisəsində faktiki olaraq cinayət törətmiş şəxslərin, cinayətin növündən asılı olmayaraq, qısa video-çıxışlarının hazırlanması daha doğru ola bilər. Həmin videolarda onların fikirləri, həyat şəraiti və müəssisədəki vəziyyət əks olunaraq məktəblərdə auditoriyalara təqdim edilə bilər. Düşünürəm ki, bu format həm oğlan, həm də qız şagirdlər üçün daha uyğundur. Çünki şagirdlərin birbaşa müəssisəyə aparılması onların müəssisənin iş prinsiplərinin təsiri altına düşməsinə və əlavə mənfi hallara gətirib çıxara bilər. Buna görə də ən məqsədəuyğun yanaşma videoformatda həmin fikirlərin və şəraitin şagirdlərə çatdırılmasıdır. Bu təşəbbüsün ümumi müsbət dəyərləndirilməsinə imkan verər və effektiv nəticə əldə olunmasına şərait yaradar”. 


Hüquqşunas Əlməmməd Nuriyev Avtosfer.az-a açıqlamasında qeyd edib ki, gənclərin tərbiyəsində daha çox ənənəvi üsullar, yəni valideyn nəsihətləri, müəllim göstərişləri və məktəbdə keçirilən söhbətlər üstünlük təşkil edir: “Amma yeni nəslin dünyanı qavrama forması fərqlidir. Onlar çox vaxt gözləri ilə görməsə, əlləri ilə toxunmasa, ürəkləri ilə hiss etməsə deyilən sözlər onlara tam təsir etmir. Buna görə də cinayət yolunun necə acınacaqlı nəticələrə gətirib çıxardığını birbaşa məhkumların dilindən eşitmək gənclər üzərində daha güclü təsir qoya bilər. Əlbəttə, bu proses sadəcə “gedib baxmaq”dan ibarət olmamalıdır. Əks halda bəzi uşaqlar bunu macəra, əyləncə kimi qəbul edə bilərlər. Yaxşı təşkil olunduqda, məhkumların səmimi şəkildə öz həyat hekayələrini, “kaş etməzdim” kimi peşmanlıqlarını bölüşməsi uşaqların həm zehnində, həm də qəlbində dərin iz buraxa bilər. Digər tərəfdən, bu təcrübələrin psixoloji yükünü də nəzərə almaq lazımdır. Çünki hər uşaq eyni deyil: biri dərhal ibrət götürə bilər, digəri qorxuya düşər, başqa biri isə sadəcə tamaşa kimi baxar, hətta bəziləri bunu maraqlı sayaraq təkrarlamağa çalışa bilər. Buna görə də belə ekskursiyaların mütləq pedaqoqların və psixoloqların nəzarəti altında keçirilməsi vacibdir”. 
Əlməmməd Nuriyev bildirib ki, belə bir təcrübədən sonra müzakirələrin aparılması çox önəmlidir: “Şagirdlər eşitdiklərindən hansı nəticələr çıxardıqlarını paylaşmalı, bu mövzu üzərində düşünməlidirlər. Mənim fikrimcə, yalnız türmələr deyil, sosial mərkəzlər, reabilitasiya proqramları, uşaq evləri, hətta veteranlarla görüşlər də bu prosesin bir hissəsi ola bilər. Çünki dərs yalnız cəzanı görməkdən ibarət deyil, həm də insanın çətinliklərdən necə çıxdığını görməkdir. Qeyd etmək lazımdır ki, bir sıra ölkələrdə bu kimi təcrübələr həyata keçirilib. Amma onların düzgün təşkil edilməməsi bəzi hallarda fəsadlara səbəb olub. Məsələn, ABŞ-da belə layihələrdə sosial pedaqoqların və psixoloqların iştirakı xüsusi əhəmiyyət kəsb edir. Çünki yalnız bu halda proses həm ciddi, həm də səmərəli nəticə verə bilər.
Ümumiyyətlə, bu yanaşmanın mahiyyətində bir həqiqət var: gənclərə təkcə sözlə yox, həyatın öz reallığı ilə təsir etmək lazımdır. Onsuz da onlar nəsihətləri tez-tez eşidir, sosial şəbəkələrdə də çoxlu məlumatlarla qarşılaşırlar. Amma ən vacibi canlı, real yanaşmadır. Əgər bu yanaşma sistemli, həssas və yerli şəraitimizə uyğun qurularsa, əlbəttə ki, faydalı və pozitiv nəticələr əldə oluna bilər”. 


Deputat Azər Badamov da saytımıza açıqlamasında deyib ki, 15-16 yaş aralığında olan şagirdlərin tərbiyəsində və düzgün istiqamətləndirlməsində ekskursiyaların təşkil edilməsinin xüsusi rolu ola biləcəyi fikrini dəstəkləyir: “Amma bu ekskursiyalar heç bir halda cəzaçəkmə müəsisələrinə olmamalıdır. Çünki, cəzaçəkmə müəsisələrində olanlar cinayətkarlardır. Sağlam təfəkkürlü bir gəncin həbsxanadakı cinayətkarla görüşməsi onun psixologiyasına çox mənfi təsir edəcək. Hətta bu, psixoloji travma ola bilər.  Ona görə də gənclərin ekskursiyaları ancaq sağlam düşüncəni yaradan, vətənpərvərlik ruhunu aşılayan müəsisələrə olmalıdır. Məsələn, Heydər Əliyev Mərkəzlərinə, muzeylərə, universitetlərə, hətta hərbi hissələrə təşkil olunmalıdır. Biz sağlam gəncliyi böyütmək istəyiriksə onları cinayət və cinayətkarlardan kənarda tərbiyyə etməliyik. Bu baxımdan gənclərin ekskursiyalara cəlb edilməsi, asudə vaxtının səmərəli təşkil edilməsi istiqamətində tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik ruhunun artmasına və gələcəyimizi etibar edə biləcək gənc nəslin yetişməsinə töhfə verə bilər”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.
 

Müəllif: Fidan Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Sentyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see197

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see196

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see177

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see153

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see145

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see143

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see140

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see138

Qaradağ Lökbatan ın Şəki Siti ni məğlub etdiyi matç VİDEO

23 Sentyabr 2025 22:34see132

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see129

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see128

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see127

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see126

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see124

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see124

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see117

Milli Məclisdə görüşlər

24 Sentyabr 2025 03:44see114

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see114

Nəsimi fəlsəfəsi zamanın fövqündə

24 Sentyabr 2025 02:40see114

AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

24 Sentyabr 2025 09:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri