Icma.az
close
up
RU
“iPhone 17 Pro Max” telefonlarının rəngi dəyişməyə başladı

“iPhone 17 Pro Max” telefonlarının rəngi dəyişməyə başladı

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Apple" şirkətinin yeni təqdim etdiyi “iPhone 17 Pro Max” modelləri ilə bağlı gözlənilməz problem ortaya çıxıb.

News24.az xəbər verir ki, istifadəçilər “Kosmik narıncı” rəngdə aldıqları telefonların bir müddət sonra rəng dəyişdirdiyini bildiriblər.

Məlumata görə, cihazın xüsusilə kənar hissələrində və kamera ətrafında narıncı rəng solaraq tünd çəhrayıya çevrilməyə başlayıb. Bu problem sosial şəbəkədə geniş müzakirə olunub və istifadəçilər fotolar vasitəsilə bu dəyişikliyi nümayiş etdiriblər.

Mütəxəssislərin fikrincə, rəngin dəyişməsi telefonun alüminium səthində baş verən, paslanmaya bənzər kimyəvi reaksiyadan qaynaqlanır. Normalda "Apple" belə halların qarşısını almaq üçün səthə qoruyucu qat çəkir, lakin görünür, bəzi cihazların istehsalı zamanı bu qat tam tətbiq olunmayıb.

Rəng dəyişikliyi daha çox telefonun tez-tez toxunulan hissələrində müşahidə olunur ki, bu da cihazın hava və insan dərisi ilə təması nəticəsində yaranan reaksiyalarla əlaqələndirilir.

"Apple" şirkəti hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Həmçinin telefonların geri çağırılması və ya dəyişdirilməsi ilə bağlı da heç bir addım atılmayıb.

Qeyd edək ki, bu model daha əvvəl də kamera şüşəsinin asanlıqla cızılması problemi ilə gündəmə gəlmişdi.

İstifadəçilərə tövsiyə olunur ki, belə hal baş verdikdə rəsmi servis mərkəzinə müraciət etsinlər və problemi sənədləşdirsinlər.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 Oktyabr 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see503

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see271

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see266

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see248

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see242

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see239

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see231

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see225

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see222

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see218

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see211

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see206

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see203

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see203

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see195

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see191

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see188

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see183

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see179

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri