Icma.az
close
up
RU
İphone 20 əyri ekranlı olacaq 2027 ci ildə İLK

İphone 20 əyri ekranlı olacaq 2027 ci ildə İLK

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Apple şirkətinin ilk iPhonenin 20 illiyi münasibətilə görünüş baxımından ciddi dəyişikliklərə malik yeni model hazırladığı iddia olunur.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 2027-ci ildə təqdim olunması gözlənilən iPhone 20 modeli əyri kənarlı ekran və indiyədək heç bir flaqman smartfonda görülməyən dərəcədə incə çərçivələrlə təchiz ediləcək.

Ekran çərçivələrinin qalınlığı cəmi 1,1 millimetr olacaq.

Müqayisə üçün qeyd edək ki, hazırkı iPhone 17 Pro modelində bu göstərici təxminən 1,44 millimetr təşkil edir. Fərq kiçik görünsə də, premium smartfonlar dünyasında belə millimetrlik dəyişikliklər vizual olaraq ciddi fərq yaradır.

Məlumatlara əsasən, Apple cihazlarında uzun müddət yalnız konsept səviyyəsində qalan əyri ekran dizaynı nəhayət reallaşa bilər. Bununla belə, şirkətin tam çərçivəsiz dizayndan hələlik imtina etməyəcəyi bildirilir.

Ön paneldə ekran kəsiyi qalacaq, lakin onun formasında dəyişiklik gözlənilir. İnsayderin iddiasına görə, Dynamic Island ya minimum ölçüyə endiriləcək, ya da Android istehsalçılarının istifadə etdiyi kimi kiçik kamera dəliyi ilə əvəz olunacaq.

Bu dəyişiklik iPhone 14 Pro ilə təqdim olunan və son illərdə Apple flaqmanlarının əsas dizayn elementi hesab edilən yanaşmanın məntiqi davamı kimi qiymətləndirilir.

Bununla yanaşı, “MacRumors” qeyd edir ki, phonefuturist mənbəyindən gələn məlumatlara ehtiyatla yanaşmaq lazımdır, çünki onun etibarlılığı tam təsdiqlənməyib. Lakin bu iddialar yubiley iPhone modeli ilə bağlı digər sızmalarla ziddiyyət təşkil etmir.

Dolayı olaraq, "iPhone"un uzunmüddətli gələcəyinə dair perspektivi "Apple"ın top-meneceri Qreq Cosviakın son açıqlaması da gücləndirir. O bildirib ki, şirkət ən azı növbəti 50 il ərzində iPhone istehsalını davam etdirməyi planlaşdırır.

Beləliklə, hələ təsdiqlənməsə də, ortaya çıxan məlumatlar yubiley modelin Apple tarixində ən texnoloji və yenilikçi cihazlardan biri ola biləcəyini göstərir. Əsas sual isə budur: Apple mühəndisləri bu iddiaları real məhsula çevirmək üçün nə qədər cəsarətli addımlar atacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Aprel 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see331

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see318

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see298

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see292

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see283

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see261

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see259

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see258

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see247

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see241

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see238

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see232

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see231

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see225

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see221

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see218

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see213

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see208

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri