“iPhone” alanların nəzərinə Qiymətlər kəskin bahalaşır
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Apple” yeni “iPhone” modellərinin qiymətini artırmağa hazırlaşır.
“Qafqazinfo” “Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə agentliyin jurnalisti Mark Qurman məlumat yayıb.
Məlumata görə, buna səbəb xammal, xüsusən də yaddaş kartları və çip təchizatında yaşanan ciddi qıtlıqdır. Oxşar problemlərlə üzləşən “Samsung” və “Google” artıq yeni flaqman smartfonlarının qiymətini təxminən 100 dollar qaldırıblar:
“Çip və yaddaş komponentlərinin qiymətinin yüksəlməsi “Apple” üçün də qiymət artımını praktiki olaraq qaçılmaz edir. Şirkət iki ay əvvəl artıq “Mac” və “iPad” modellərinin qiymətlərini orta hesabla 23% artırmışdı. Əgər “iPhone 18 Pro” modelinin qiyməti 100 dollar artarsa, onun ilkin satış qiyməti 1.199 dollar (hazırkı “iPhone 17 Pro”nun 1.099 dollarlıq qiyməti ilə müqayisədə təxminən 9% artım) təşkil edəcək”.
M. Qurman bu artımı yaddaş qıtlığının miqyası ilə müqayisədə nisbətən kiçik hesab edir. Onun fikrincə, “Apple” əlavə xərclərin bir hissəsini öz üzərinə götürməyə məcbur olacaq.
Məlumat üçün bildirək ki, şirkət cari rübdə ümumi mənfəət marjasının təzyiq altında olacağı ilə bağlı xəbərdarlıq edib. Paralel olaraq, “Apple”ın uğursuz layihələrdə çalışan 200-dən çox əməkdaşını ixtisar edəcəyi deyilən xəbərlər sırasındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 24 Avqust 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















