Icma.az
close
up
RU
“iPhone” nə zaman yararsız sayılır?

“iPhone” nə zaman yararsız sayılır?

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“”İcloud” şifrəmizi itirmək telefonumuzun yararsız olduğu anlamına gəlmir. Birincisi biz icloud sisteminin nə olduğunu anlamalıyıq. Məsələn, biz “Apple” cihazını əldə edirik, amma təəssüflər olsun ki əldə etdiyimiz cihazın işləmə prinsipini bilmirik. 70 faiz istifadəçinin bu barədə anlayışı yoxdur. Ona görə də "Apple" alan istifadəçilər bu cür problemlərlə tez-tez rastlaşır”. Bu sözləri SİA-ya açıqlamasında İnformasiya Texnologiyaları Elmləri üzrə Ekspert Fərrux Rəcəbli deyib.

Fərrux Rəcəbli sözlərinə belə davam edib: "“Apple" qurğularda iki cür hesab forması var: "Apple" hesabı və "İcloud" hesabı. "Apple" hesabı birbaşa qurğunun özündən istifadə etmək üçündür. İcloud hesabı isə qurğunu buluda bağlamaq üçündür. "İcloud" hesabı yaradanların çox təəssüf ki, bu barədə məlumatı yoxdur. "İcloud" bizə sadəcə qurğunu buluda bağlamaq imkanı yox, həmçinin, buludda müəyyən bir yaddaş imkanı verir ki, biz məlumatlarımızı həmin buludda yerləşdirə bilərik.

"İcloud" açdıqdan sonra cihazımız avtomatik olaraq bu hesaba bağlı olur və müəyyən səviyyədə buluddan idarə imkanımız olur. Cihazı sıfırlama, məlumatları silmə, yerini müəyyən etmə və s. bura aiddir.

"İcloud" hesabını itirdikdə onun sıfırlanması mümkündür. İcloud hesabına bağlı nömrə, yaxud alternativ mail adresimiz varsa bu formada sıfırlaya bilirik. Əgər bu məlumatların heç biri bizdə yoxdursa, problem burada yaranır. Bu halda hesabı sıfırlaya bilmirik və bu səbəbdən "Apple" şirkətinin təhlükəsizlik strategiyası olaraq əgər cihaz İclouda bağlıdırsa və istifadəçi "icloud" hesabını bilmirsə, bu zaman telefonun işə salınması mümkün deyil. Bu halda telefon yararsız sayılmır. Biz telefonun həqiqətən də bizə məxsua olması sübut etmək üçün “Apple”yə müraciət edə bilərik. Azərbaycanda rəsmi yerli "Apple" servis mərkəzi yoxdur. Düzdür, “Apple” yazılı yerlər var. Amma bu rəsmi deyil. Yenə də istifadəçi ya birbaşa applenin saytına daxil olaraq, ya da texniki servisə yaxınlaşaraq problemlə bağlı dəstək verə bilər. “Apple”yə müraciət olunduqdan sonra doğrulama məlumatları tələb olunur. Bunları təstiq etdikdən sonra 20 gün ərzində Apple özü sənə bir link göndərərək həll yolu verir. Linkə maildən daxil olaraq hesabdan şifrəni dəyişib telefonu aktiv edirsən. Telefon sənə məxsus deyilsə, bu halda o telefonu aktiv etmək qeyri-mümkündür və o telefon yararsız hesab olunur. Bunun əslində başqa alternativ həlləri var. Amma təəssüflər olsun ki, Azərbaycanda yoxdur”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri