Icma.az
close
up
RU
iPhone u heç vaxt yeniləməsəniz, nə baş verər? Ekspertlərdən xəbərdarlıq

iPhone u heç vaxt yeniləməsəniz, nə baş verər? Ekspertlərdən xəbərdarlıq

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bir çox "iPhone" istifadəçisi yaddaş çatışmazlığı və ya yeni iOS versiyalarında mümkün xətalar səbəbilə yeniləmələri gecikdirir. Lakin ekspertlər xəbərdarlıq edir: yeniləmələrdən tam imtina ciddi problemlərə gətirib çıxara bilər – təhlükəsizlik boşluqlarından tutmuş tətbiqlərin işləməməsinə qədər.
Demokrat.az
xəbər verir ki, BGR portalının yazdığına görə, "Apple" hər il payızda böyük iOS yeniləmələri, ilboyu isə təhlükəsizlik yamaqları və xətaların düzəldilməsi üçün yeniləmələr təqdim edir. Bu yeniləmələrin həcmi 7–16 GB-a qədər çata bilər, buna görə istifadəçilər çox vaxt cihazda yer boşaltmalı olurlar.
Buna baxmayaraq, ekspertlər yeniləmələri görməzdən gəlməyi məsləhət görmürlər. Onların sözlərinə görə, yeniləməsiz "iPhone" zamanla həm daha az qorunur, həm də funksionallığının bir hissəsini itirir.
Hər iOS yeniləməsi aşkar edilmiş təhlükəsizlik boşluqlarını bağlayır. Zaman keçdikcə kibercinayətkarlar yeni hücum üsulları tapır və müasir yamaqlar olmadan cihaz daha asan hədəfə çevrilir.
Mütəxəssislər qeyd edir ki, köhnəlmiş iOS versiyası kiberhücumlar, məlumat sızmaları və zərərli proqramlara qarşı riski artırır. Bu, artan kibercinayətkarlıq fonunda xüsusilə aktualdır.
Təhlükəsizlikdən əlavə, iOS yeniləmələri yeni funksiyalar və optimallaşdırmalar gətirir. Məsələn, bəzi versiyalar yeni emojilər, klaviatura təkmilləşdirmələri, eləcə də interfeys və sistem dəyişiklikləri təqdim edir. Yeniləmədən imtina edən istifadəçilər bu imkanlardan məhrum qalır.
Böyük yeniləmələr isə daha geniş dəyişikliklər ehtiva edir: interfeys yenilənməsi, “Apple Intelligence” funksiyaları, kilid ekranının təkmilləşdirilməsi və "Safari" brauzerində dəyişikliklər kimi.
Digər problem isə tətbiqlərin uyğunluğudur. Tərtibatçılar tədricən köhnə iOS versiyalarına dəstəyi dayandırır, bu da bir neçə ildən sonra bəzi tətbiqlərin işləməməsinə və ya qeyri-sabit işləməsinə səbəb ola bilər.
Bundan əlavə, köhnə sistem cihazın ümumi performansına və tətbiqlərin sabitliyinə də mənfi təsir göstərə bilər.
Niyə "iPhone" yeniləmədən sonra yavaşlayır?
İnternetdə yayılmış fikirə görə, yeni iOS versiyaları köhnə cihazları qəsdən yavaşladır. Lakin ekspertlərin fikrincə, yeniləmədən sonra müşahidə edilən yavaşlama çox vaxt müvəqqəti olur və sistemin yenidən indekslənməsi ilə bağlıdır.
Bəzi hallarda isə istifadəçilər yeniləmədən sonra səhvlər, isinmə və batareyanın daha tez boşalması kimi problemlər yaşaya bilirlər.
Bununla belə, mütəxəssislər əksər istifadəçilər üçün yeniləmələrdən tam imtinanın düzgün seçim olmadığını bildirirlər. Ən azı təhlükəsizlik yamalarının mütəmadi quraşdırılması tövsiyə olunur.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri