Icma.az
close
up
RU
İpoteka kreditləri yenə mənzil bazarına təsirsiz ötüşmədi: Qiymətlər artıb, vəziyyət çətinləşib

İpoteka kreditləri yenə mənzil bazarına təsirsiz ötüşmədi: Qiymətlər artıb, vəziyyət çətinləşib

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər dəfə ipoteka kreditlərinin verilməsi mənzil bazarında canlanma yaradır. “Canlanma” ifadəsini “təlatüm” ilə də əvəz etmək olar. Çünki qiymətlər çox artır. Budəfəki artım kredit vəsaiti olmadan bazara mənzil almaq üçün gələnləri lap çətin vəziyyətdə qoyub. Daha paytaxtda 100 min manata birotaqlı mənzil almaq da az qala mümkün deyil.

Bizimyol.info xəbər verir ki, ipoteka kreditlərinin xərclənməsinin son mərhələsi başa çatıb. Yəni vəsait əldə edənlər yeni ev sahibi olublar. Buna baxmayaraq, bazardakı təzə məzənnələr yerində qalır.

İpoteka kreditlərinin böyük hissəsi paytaxta yönəlib. Buna görə də yazıda daha çox Bakıdakı vəziyyətdən bəhs edəcəyik.

Əvvəlcə qiymətlərdən danışaq. Şəhərin şimal tərəfdən girişində qiymətlər 100 min manatdan başlayır. Daha ucuz mənzil üçün mikrorayonların dərinliklərinə baş vurmaq lazımdır. Son illərin çoxmərtəbəli binalarına yaxın düşmək olmur. Çünki sahəsi azı 40 kvadratmetr olan mənzilin qiyməti 130-140 min manatı da keçir. “Leninqrad” və “Kiyev” layihəli sovet dövründə tikilmiş doqquzmərtəbəli binalarda da birotaqlı mənzillər 100 min manatdan ucuz deyil. Daha ucuz variantlara “fransız” layihəli beşmərtəbəli binalarda rast gəlmək mümkündür.

Təbii ki, ikiotaqlı mənzillərdə qiymətlər daha yüksəkdir. “Leninqrad” və “Kiyev” layihəli binalarda ev sahibi olmaq üçün azı 132-135 min manatından keçməlisən. Beşmərtəbəli binalarda 107-112 min manatdan az xərcləməklə istəyinə nail olmaq inandırıcı görünmür.

Şəhərin mərkəzinə doğru məsələ mürəkkəbləşir. Oralarda ikiotaqlı mənzillər 180 manatdan baha olur. Əlbəttə, söhbət daha çox təmiri yaxşı olmayan mənzillərdən gedir. Şəhərin mərkəzində yaxşı təmir 220-230 min manatı minimal həddə çevirir.

Mənzil almaq əhali üçün daha əlçatmaz olur. İpoteka kreditlərindən insanların əksəri kənarda qalır. Ümumiyyətlə, bu prosesin onlara faydası yoxdur. Əksinə, kredit dönəmi qiymətləri yuxarı dartır. Paytaxtın əhalisi artmaqla bərabər həm də evsizlərin sırası genişlənir.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri