Icma.az
close
up
RU
İpoteka krediti götürmək istəyənlər maliyyə imkanlarını düzgün qiymətləndirməlidir EKSPERT ŞƏRH ETDİ

İpoteka krediti götürmək istəyənlər maliyyə imkanlarını düzgün qiymətləndirməlidir EKSPERT ŞƏRH ETDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

İpoteka krediti almaq istəyən vətəndaşlar ilk növbədə maliyyə imkanlarını düzgün qiymətləndirməli və gəlirlərinə uyğun addım atmalıdırlar. İpoteka çox uzunmüddətli öhdəlikdir və bu müddət ərzində vətəndaşın maliyyə sabitliyi ən mühüm şərtlərdən biridir. Əgər aylıq gəlir ipoteka ödənişini qarşılamağa kifayət etmirsə, həmin şəxs gələcəkdə ciddi maliyyə çətinlikləri ilə üzləşə bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, ipoteka krediti götürmək istəyən şəxs ilk növbədə rəsmi gəlirini sənədləşdirməli və bankın tələblərinə uyğun gəlməlidir. Çünki banklar yalnız rəsmi mənbələrdən daxil olan gəlirləri qəbul edirlər. Bundan əlavə, ilkin ödəniş məsələsi də çox vacibdir. Azərbaycanda ipoteka proqramlarının əksəriyyəti mənzilin dəyərinin ən azı 10-30 faizinin əvvəlcədən ödənilməsini tələb edir: "İpoteka kreditləri üzrə seçim edərkən vətəndaşlar faiz dərəcələrinə, ödəniş müddətinə və əlavə xərclərə diqqət yetirməlidirlər. Dövlət xətti ilə verilən güzəştli ipotekalar daha sərfəlidir, lakin onlara müraciət üçün müəyyən şərtlər mövcuddur. Kommersiya ipotekaları isə daha əlçatan olsa da, onların faizləri yüksəkdir və uzunmüddətli perspektivdə əlavə maliyyə yükü yarada bilər. İpoteka krediti götürməzdən öncə risklər də nəzərə alınmalıdır. Məsələn, iş yerinin dəyişməsi, gəlirin azalması və ya gözlənilməz xərclər borcun qaytarılmasını çətinləşdirə bilər. Buna görə də, vətəndaşlar ipotekaya daxil olmadan əvvəl sabit iş imkanlarını, gələcək ailə büdcəsini və uzunmüddətli maliyyə perspektivlərini qiymətləndirməlidirlər. Nəticə olaraq, ipoteka krediti vətəndaş üçün mənzil əldə etməyin effektiv yoludur, amma düzgün planlama, maliyyə savadlılığı və gəlirlərin real qiymətləndirilməsi olmadan bu öhdəlik ciddi problemlərə gətirib çıxara bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri