İpoteka müraciətləri zamanı “SİMA İmza” çökdü
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Bu gün saat 15:00-dan adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna başlanılsa da, proses zamanı "SİMA İmza" sistemi çöküb.
"Bakupost" xəbər verir ki, ipoteka krediti üçün müraciət etmək istəyən vətəndaşlar sistemin çökməsi səbəbindən elektron kabinetlərinə daxil ola bilməyib və müraciətlərini təsdiqləyə bilməyiblər.
Problemin nə vaxt aradan qaldırılacağı hələlik məlum deyil.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu 2026-cı ildə adi ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayırıb. Müraciətlərin noyabrın 13-də saat 15:00-dan qəbul ediləcəyi əvvəlcədən elan olunub. Vətəndaşlara noyabrın 12-dək elektron kabinetlərini formalaşdırmaları tövsiyə edilmişdi. Müraciətlərin “MyGov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçirilməsi, təsdiqin isə “SİMA İmza”nın biometrik identifikasiya funksiyası vasitəsilə aparılması nəzərdə tutulmuşdu.
Lalə Novruz, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 13 Noyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















