Icma.az
close
up
RU
İqlim böhranının insanların sağlamlığına mənfi təsiri kəskin artıb

İqlim böhranının insanların sağlamlığına mənfi təsiri kəskin artıb

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ciddi xəbərdarlıq edib: iqlim fəlakəti həm də sağlamlıq böhranıdır və o, artıq insanların həyatın itirməsinə səbəb olur.

Metbuat.az təşkilatın bəyanatına istinadla xəbər verir ki, ÜST Avropanın digər regionlardan daha sürətlə istiləşdiyini və bu qitədə iqlim böhranının insanların sağlamlığına mənfi təsirinin daha kəskin olduğunu bildirib.

Belə ki, son illərdə artan ölüm nisbətlərindən tutmuş iqlimlə bağlı narahatlığın güclənməsinə qədər bütün sağlamlıq göstəriciləri pisləşib.

Bu ciddi problem fonunda ÜST-nin Avropa regional strukturu iyunun 11-də yeni təşəbbüs irəli sürüb və İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyası (PECCH) vasitəsilə iqlim dəyişikliyinin ictimai sağlamlıq üçün yaratdığı artan təhlükə ilə mübarizəyə başlayıb.

İslandiyanın sabiq Baş naziri Katrin Yakibsdötirrin sədrliyi ilə fəaliyyət göstərən komissiya regionun hər yerindən 11 aparıcı eksperti bir araya gətirir və onlara təsirli həll yolları üçün tövsiyələr təqdim edir.

ÜST bildirib ki, bəşəriyyətin təxminən yarısı artıq iqlim dəyişikliyinə çox həssas olan ərazilərdə yaşayır, eyni zamanda, dünyada istiləşmə ilə bağlı ölümlərin üçdəbiri Avropa regionunda baş verir.

2022 və 2023-cü illərin məlumatlarına əsasən, Avropa regionundakı 35 ölkədə 100 mindən çox insan istilər səbəbindən dünyasını dəyişib. Katrin Yakibsdötirr qeyd edib: “İqlim böhranı təkcə ekoloji fövqəladə hal deyil, həm də artan ictimai sağlamlıq problemidir. Biz qəbul etməliyik ki, artan temperatur, havanın çirklənməsi və insanların yaratdığı iqlim dəyişikliyi nəticəsində dəyişən ekosistemlər arasında qarşılıqlı əlaqə artıq Avropa regionunda və bütün dünyada icmaların sağlamlığına və rifahına mənfi təsir göstərir”.

Komissiyaya emissiyaları azaltmaq, sağlamlığı qoruyan uyğunlaşma strategiyalarına sərmayə qoymaq, qeyri-bərabərliyi aradan qaldırmaq və davamlılıq yaratmaq üçün tövsiyələr vermək tapşırılıb.

ÜST əlavə edib ki, iqlim böhranı ən həssas insanların sağlamlığına qeyri-mütənasib şəkildə təsir edir. Təşkilatın Avropa üzrə iqlim-sağlamlıq təşəbbüsünün baş məsləhətçisi Endryu Haynes qeyd edib ki, iqlim böhranı təhlükəli virusların yayılması ilə əlaqəli xəstəliklərin artmasına və qida təhlükəsizliyinin pisləşməsinə səbəb olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 İyun 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see312

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see217

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see199

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see192

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see191

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see153

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see144

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see129

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see129

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see125

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see123

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri