Icma.az
close
up
RU
Keçmişdən güc, bu gündən ilham alaraq sabaha doğru

Keçmişdən güc, bu gündən ilham alaraq sabaha doğru

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fevralın 2-si Azərbaycan Gəncləri Günüdür

Bakı, 2 fevral, AZƏRTAC

Gənclər gələcəyi formalaşdıran əsas qüvvədir. Son illər ölkəmizin gəncləri elm, texnologiya, ictimai həyat, mədəniyyət və idman sahələrində fəal iştirak edərək, ölkənin inkişafına mühüm töhfələr verirlər. Dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğı onların potensialının üzə çıxmasına şərait yaradır.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təməlini qoyduğu siyasət ölkəmizin gələcəkdə də dayanıqlı inkişafını təmin edəcək gənc nəslin formalaşmasına xidmət edir.

AZƏRTAC 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncliyə göstərilən diqqət və qayğını, müasir dövrdə əldə olunan uğurları xatırlayır.

Ölkəmizdə dövlətin gənclər siyasətinin əsasları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşıb. Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsini bu yolda ilk addımlar hesab etmək olar. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu gənclərin vətənpərvərlik və milli dəyərlərə sədaqət ruhunda yetişməsini prioritet vəzifə kimi irəli sürüb. Onun strateji baxışları nəticəsində gənclərin ölkənin hərtərəfli inkişafında fəal iştirakı üçün möhkəm baza yaradılıb. Dahi şəxsiyyət Heydər Əliyev müstəqilliyin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər edərək, onların vətənpərvər ruhda yetişməsinə zəmin yaradıb. Gənclərin mənəvi inkişafı, ictimai-siyasi həyatda fəal iştirakı, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli sahəsində davamlı addımlar atılıb. Gənclər təşkilatlarının formalaşması və inkişafına yaşıl işıq yandırılıb. Gənc kadrlar vəzifədə irəli çəkilib, bir sıra mühüm dövlət işlərinə rəhbərlik onlara etibar edilib.

Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də Ümummilli Liderin yolunu davam etdirib, bu istiqamətdə mühüm addımlar atılıb. Təsadüfi deyil ki, son illər ölkəmizin hərtərəfli inkişafında gənclər böyük rol oynayırlar. Bu, ilk növbədə gənclərlə iş sahəsində aparılan ardıcıl siyasətin nəticəsidir. 2007-ci ildən bəri icra olunan gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair dövlət proqramları çərçivəsində minlərlə gənc dünyanın müxtəlif universitetlərində yüksək ali təhsilə yiyələnib. İlk növbədə, təhsil sahəsində müşahidə olunan inkişaf xüsusi qeyd olunmalıdır. Azərbaycan gəncləri yerli və xarici ali məktəblərdə təhsil almağa böyük maraq göstərirlər. Beynəlxalq mübadilə proqramları, təqaüd layihələri və onlayn təhsil imkanları onların dünyagörüşünü genişləndirir. Təhsilli və savadlı gənclər gələcəkdə ölkənin elmi və iqtisadi inkişafında aparıcı rol oynayırlar.

Texnologiyanın sürətli inkişafı gənclərin fəaliyyətinə yeni istiqamətlər açıb. Son illər Azərbaycanda startap ekosistemi formalaşıb, gənc sahibkarlar innovativ layihələrlə çıxış etməyə başlayıblar. Proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal marketinq sahələrində çalışan gənclər qlobal əmək bazarında rəqabət aparmaq gücünə malikdirlər.

"2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”na uyğun olaraq, hər il ümumilikdə 2 minədək Azərbaycan gənci xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alır. Həmin proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.

Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatında böyük əhəmiyyət kəsb edir. Eləcə də Fondun rəhbərliyinin təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır.

Gənclərin məşğulluğunun artırılması, onların istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə mühüm layihə və proqramlar onların yaradıcılıq və peşəkar inkişafına hərtərəfli imkanlar yaradır.

2012-ci ildən başlayaraq hər il Azərbaycanın müxtəlif şəhər və rayonlarından birinin “Gənclər Paytaxtı” elan edilməsi ənənə halını alıb və həmin təşəbbüs bölgələrdə gənclər hərəkatının inkişafında əhəmiyyətli rol oynayır. Ötən il Sumqayıt şəhəri Azərbaycanın “Gənclər Paytaxtı” olub. Qəbələ şəhəri isə 2025-ci il üçün “MDB Gənclər Paytaxtı” elan edilib. 2026-cı il üçün isə Azərbaycanın “Gənclər Paytaxtı” Goranboy rayonu seçilib.

Böyük Zəfərlə başa çatan Vətən müharibəsi gənclərin Vətənə bağlılıq və fədakarlıq ruhunun parlaq nümunəsinin nümayişinə çevrilib. Hər şeyin sınağa çəkildiyi həmin günlərdə gənclər qəhrəmanlıq, fədakarlıq, rəşadət və hünər tarixi yazmaqla yanaşı, öz adlarını da xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Məhz onların rəşadəti sayəsində qazanılan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşub. Həmin günlərdə onların nümayiş etdirdikləri birlik, həmrəylik, igidlik və rəşadət zaman-zaman xatırlanacaq. Gənc nəsil həmin sınaq günlərində çox böyük örnək qoyub.

Azərbaycan gəncliyi dünyaya açılan pəncərədir. O, bir tərəfdən qədim tarixin və milli dəyərlərin daşıyıcısı, digər tərəfdən isə müasir dünyanın ritmini tutan yenilikçi ruhdur. Gənclər dövlətin etimadını doğruldaraq ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edir, öz bilik və bacarıqları ilə dövlətimizin strateji məqsədlərinə xidmət edirlər. Onların fəaliyyəti ölkənin inkişaf strategiyasının əsas dayaqlarından biridir. Gənclərə yaradılan imkanlar genişləndikcə, Azərbaycan gələcəkdə daha da güclü və rəqabətqabiliyyətli dövlətə çevriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 30-da “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri