Icma.az
close
up
RU
İqlim dəyişikliyi qarşısında uyğunlaşma və davamlılıq strategiyalarında inklüzivliyə üstünlük verilməsi zəruridir AZƏRTAC

İqlim dəyişikliyi qarşısında uyğunlaşma və davamlılıq strategiyalarında inklüzivliyə üstünlük verilməsi zəruridir AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 3 dekabr, AZƏRTAC

BMT-nin Azərbaycandakı nümayəndəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təşkilatçılığı ilə Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr olunmuş “Əlilliyi olan şəxslərin iştirakı ilə iqlim həllərinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə dövlət qurumları, əlilliyi olan şəxslər və onların hüquqlarını müdafiə edən təşkilatların nümayəndələri, inkişaf tərəfdaşları və iqlimlə mübarizə üzrə fəallar iştirak edib. Tədbir zamanı iştirakçılar əlilliyi olan şəxslərin iqlim dəyişikliyi ilə bağlı qarşılaşdıqları çətinlikləri aşkar edərək inklüziv fəaliyyət vasitəsilə davamlılığı gücləndirmək üçün həll yollarını müzakirə ediblər.

“Bu gün, Beynəlxalq Əlilliyi Olan Şəxslər Günündə biz hər bir fərdin ləyaqət və bərabər şərtlərdə yaşaya biləcəyi inklüziv cəmiyyətlərin yaradılmasına dair ümumi öhdəliyimizi bir daha təsdiqləyirik. İqlim dəyişikliyi qarşısında uyğunlaşma və davamlılıq strategiyalarımızda inklüzivliyə üstünlük verilməsi, əlilliyi olan şəxslərin səsinin eşidilməsi və onların ehtiyaclarının tam şəkildə qarşılanması zəruridir. Azərbaycan əlçatanlığın artırılması, əlilliyi olan şəxslərin səlahiyyətləndirilməsi və heç kimin kənarda qalmadığı gələcəyin qurulması istiqamətində səylərinə sadiq qalır”, - deyə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Bir həftə əvvəl yekunlaşan COP29-un yaratdığı ruh fonunda bu tədbir, əlillik mövzusunu ehtiva edən iqlimə davamlılıq üzrə qlobal öhdəliklərin ortaya qoyulmasına imkan yaradıb. Tədbirdə iqlim dəyişikliyinin əlilliyi olan şəxslərə qeyri-mütənasib təsiri, o cümlədən, ekstremal hadisələr zamanı ölüm hallarının artması və fəlakət riskləri zamanı mübarizə tədbirlərinə onların məhdud çıxışı vurğulanıb.

“İqlim dəyişikliyi qeyri-mütənasib şəkildə həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə təsir edir, lakin qərarların qəbulunda onların səsləri çox vaxt eşidilmir. Hekayəni dəyişmək, innovasiyaları tətbiq etmək və bütün dünyada iqlim strategiyalarını inklüziv yanaşma təməl daşının üzərində qurmaq vaxtıdır. Biz birlikdə iqlim fəaliyyətini ədalətli edə bilərik, əlilliyi olan şəxsləri bu dəyişikliyin əsas qüvvələri kimi gücləndirə bilərik”, - deyə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva əlavə edib.

Tədbir panel müzakirələrlə davam edib. Panel müzakirələri əlilliyi olan şəxslərin iqlimə davamlılıq strategiyalarına daxil edilməsi üçün maneələrin və imkanların müəyyən edilməsinə yönəldilib. ƏSA Teatrının “Onları bağışlaya bilərikmi?” adlı teatr tamaşası əlilliyi olan şəxslərin üzləşdiyi sosial və ekoloji problemlərə cəlbedici perspektiv təklif edib.

Növbəti addım olaraq, BMT-nin Azərbaycandakı tərəfdaşları həmin prioritetləri həyata keçirmək və əlilliyin milli iqlim fəaliyyət siyasətləri və çərçivələrinə daxil edilməsini təmin etmək üçün birgə çalışacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri