İqlim dəyişmələrinin səhiyyə sistemlərinə təsiri müzakirə olunub
Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.
2024-cü il noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Sağlamlığa Xidmət” İctimai Birliyi və “Beynəlxalq Stop Vərəm” Tərəfdaşlığının birgə təşkilatçılığı ilə “İqlim dəyişmələrinin səhiyyə sistemlərinə təsiri”, “Anti-mikrobial davamlılıq (AMD) haqqında maarifləndirmənin artırılması və 2024-cü il BMT-nin AMD üzrə siyasi bəyannaməsinin icrası” mövzularında panel müzakirələri təşkil edilib.
Müzakirələrdə Kamerunun millət vəkili Nqayap Pier Flambe, Keniya Parlament üzvü Stefen Myul, Zambiya Parlamentinin üzvü Xristofer Xalila, həmçinin Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri – Pərvanə Vəliyeva, İlham Məmmədov, Müşfiq Məmmədli iştirak ediblər.
Müzakirələrdən sonra sual-cavab sessiyası baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 20 Noyabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















