Icma.az
close
up
RU
İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi imzalanıb AZƏRTAC

İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi imzalanıb AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 14 noyabr, AZƏRTAC

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına həsr olunmuş Yüksək Səviyyəli Sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə Əməkdaşlıq və İnteqrasiya Departamentinin regional başçısı Ləzizə Sabirovanın moderatorluğu ilə keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov CAREC Proqramının regionun inkişafına töhfələrini vurğulayıb.

Qeyd olunub ki, proqram müxtəlif sektorlar üzrə yüksəkkeyfiyyətli layihələrə, o cümlədən prioritet istiqamətlərə sərmayə qoymaqla regional əməkdaşlığın gücləndirilməsini dəstəkləyir. Diqqətə çatdırılıb ki, regionda mühüm nəqliyyat qovşağı olan Azərbaycan transsərhəd və tranzit prosedurlarının, logistikanın davamlı olaraq təkmilləşdirilməsində və ticarətin rəqəmsallaşmasında önəmli rol oynayır. Azərbaycanın CAREC ölkələri ilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi üçün səylərin davam etdirildiyi bildirilib: “2024-cü ilin doqquz ayı ərzində Azərbaycan ilə CAREC-ə üzv dövlətlər arasında ticarət dövriyyəsi təqribən 4 milyard dollara çatıb, CAREC ölkələrinin Azərbaycanın ümumi xarici ticarətində payı isə 11,5 faiz təşkil edib”. Qeyd edilib ki, tədbir çərçivəsində imzalanan “İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi” regionda sosial, iqtisadi və ekoloji sahələrdə təşəbbüsləri dəstəkləyən yeni platforma formalaşdıracaq. Həmçinin bu çərçivədə yeni yaşıl prinsiplərin qəbul edilməsi prosesləri asanlaşacaq, ticarət və iqlim dəyişikliyi üzrə dialoq təşviq ediləcək.

Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava, Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeni Jukov, 2024-cü il üzrə CAREC Proqramına sədrlik edən Qazaxıstanın Baş nazirinin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarov CAREC ölkələrinin tərəfdaşlığı, iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı birgə tədbirlər, yaşıl layihələrin reallaşdırılması imkanları barədə fikirlərini bildiriblər. Sessiyada CAREC İqlim Dəyişikliyi Fəaliyyət Planı, CAREC İqlim və Davamlılıq Layihəsinə Hazırlıq Fondu və İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına dair təqdimatlar olub.

Tədbirdə iqlim riskinə hazırlıq, su, enerji və qida təhlükəsizliyi, aşağıkarbonlu həllər, iqlim fəaliyyəti istiqamətində tərəfdaşlığın gücləndirilməsi ətrafında müzakirələr aparılıb. Proqrama üzv olan ölkələr arasında İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi imzalanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri