Icma.az
close
up
RU
İqtidar müxalifət dialoqunda növbəti mərhələ Əsas təkliflər açıqlandı

İqtidar müxalifət dialoqunda növbəti mərhələ Əsas təkliflər açıqlandı

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İkinci Qarabağ müharibəsindəki tarixi qələbədən sonra Azərbaycanın siyasi sisteminin fəlsəfəsi dəyişib. Ölkədə iqtidar-müxalifət münasibətləri artıq tarixdə qalmış Qarabağ mövzusu üzərindən müəyyənləşmir. Vaxtilə cəmiyyətdə insanların siyasi təfəkkürü və onların hansı istiqamətə yönəlməsi bu amillərlə şərtlənirdi.

Bakupost.az xəbər verir ki, bu sözləri Teleqraf-a Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu siyasi dialoqla bağlı mövzudan bəhs edərkən deyib.

Onun fikrincə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandıqdan sonra ölkədə bu istiqamətdə vəziyyət dəyişib: “Azərbaycan Prezidentinin siyasi sistemə baxışlarının cəmiyyətə ötürülməsində bu şöbə mühüm rol oynayıb. Siyasi sistemdəki müxtəlif siyasi partiyalarla intensiv dialoq aparılaraq hakim Yeni Azərbaycan Partiyasının sədrinin, ölkə Prezidenti İlham Əliyevin baxışları onların diqqətinə çatdırılıb. Bununla da çox maraqlı dialoq mühiti formalaşmağa başlayıb. 44 günlük müharibə və ondan sonrakı dövrdə bu proses özünün strateji nəticələrini verib”.

Deputat əlavə edib ki, Azərbaycanın siyasi sistemi vahid yumruq ətrafında birləşdi: “Tarix sübut etdi ki, bu birlik milli gücümüzü daha da artırır. Hazırda ölkəmizdə siyasi dialoq davam etməkdədir. 2024-cü ildə keçirilən parlament seçkilərində də bu proses özünü təsdiq etdi. Parlamentdə təmsil olunan siyasi partiyaların sayı 10-a çatdı. Bütün bunlar isə dialoq mühitinin məhsuludur. Sadəcə iki partiya AXCP və Müsavat bu prosesdən özlərini təcrid edərək, cəmiyyətin autsayderinə çevrildilər. Onların bu inkarçı mövqeyi isə hər iki partiyanın ciddi şəkildə zəifləməsinə səbəb oldu. Bütün bunların fonunda Azərbaycanın siyasi sistemi qazandı”.

ReAl Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Azərbaycanda siyasi dialoq mövcuddur.

Partiya sədri hesab edir ki, dialoqun olması çox yaxşıdır: “Siyasətçilərin işi danışmaqdır. Hətta əks qütblərdə ölkələr belə danışa bilirlər. Dünyada bir-birinə zidd olan siyasi partiyalar da müzakirələrdən imtina etmir. Azərbaycanda da iqtidar-müxalifət dialoqunun olmaması arzuolunmaz olardı. Biz niyə öz aramızda danışmamalıyıq ki? Buna etiraz edənlərin də məntiqini anlaya bilmirəm? Biz də istərdik ki, bu dialoqun, təmasların real təmasların bir xətti olsun. Qanunvericilik bazasının dəyişdirilməsi, islahatların dərinləşdirilməsi ilə bağlı müzakirələrin daha çox təsirinin olmasını istəyirik”.

Partiya sədri söyləyib ki, iqtidar nümayəndələri ilə hər görüşdə öz təkliflərimizi və fikirlərimizi bildiririk: “Bunun da effektiv olacağını, gələcəkdə daha çox Azərbaycan dövlətinin və xalqının rifahına xidmət edəcəyinə inanırıq”.

Müsavat Partiyasının Məclis sədri Arif Hacılı isə təmsil etdiyi partiyanın siyasi dialoqla bağlı mövqeyinin sabit olduğunu deyib.

O, Azərbaycanın milli mənafelərinə aid olan məsələlər ətrafında iqtidar nümayəndələri ilə müzakirələrə hazır olduqlarını bildirib: “44 günlük Vətən müharibəsi dövründə hakimiyyət nümayəndələri ilə bəzi təmaslarımız oldu. Müsavat Partiyası Qarabağ müharibəsi ilə əlaqədar öz təkliflərini irəli sürdü. Bu təkliflər iqtidar tərəfindən müsbət qarşılandı, qəbul edildi və həyata keçirildi”.

Arif Hacılıya görə, Azərbaycan siyasi sisteminə ən yaxın nümunə Türkiyə ola bilər: “Təbii ki, ölkələr arasında situasiyalar tamam fərqlidir. Amma buna baxmayaraq, siyasi partiyaların maliyyələşməsi, dialoq və digər nümunələrə müəyyən dərəcədə istinad edilə bilər”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi siyasi fəaliyət və dialoqla bağlı yanaşmaların birmənalı olduğu iddiasındadır.

Sədr müavini siyasi dialoqla bağlı bəzi partiyaların nə söyləməsindən asılı olmayaraq, bu iddianın əksinə kiməsə tək-tək cavab vermək niyyətində olmadıqlarını deyib: “Avropa Şurasının, Venessiyası Komissiyasının və Azərbaycan Konstitusiyasının siyasi fəaliyyətlə bağlı meyarları var. Məhz bu şərtlər üzərində siyasi fəaliyyətin təminatı fonunda digər məsələlərlə yanaşı, dialoqun da olması mümkündür”.

Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn isə 2019-cu ildən sonra ölkədə siyasi dialoqla bağlı atılan addımlara diqqət çəkib.

Partiya sədri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin xətti ilə müəyyən təmasların olduğunu bildirib: “Bu istiqamətdə iqtidarla müxalifət arasında müəyyən kommunikasiya var və bir neçə tədbir keçirilib. Bunun inistitutlaşmasına ehtiyac var, konkret predmet olmalıdır. Son tədbirdə yeni konstitusiyanın hazırlanması, çoxpartiyalı siyasi mühitin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirmişik. Çünki konkret məsələlər ətrafında dialoqun aparılması daha effektiv olar”.

O əlavə edib ki, kommunikasiyaların qurulmasının mahiyyəti müəyyənləşməlidir: "Qeydiyyata alınmış bütün siyasi partiyaların ucdantutma siyasi müxalifət kimi qələmə verilməsi qarışıqlıq yaradır. Bunu birmənalı olaraq iqtidar-müxalifət dialoqu kimi qələmə vermək də doğru deyil. Elə partiyalar var ki, özlərini hakimiyyətə müxalifət hesab etmir və iqtidarın siyasi kursunu dəstəkləyir və bunu özləri də bəyan edib. Ona görə də bu siyasi partiyalar və hakimiyyət arasında dialoq kimi qiymətləndirilməlidir”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Aprel 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri