Icma.az
close
up
RU
İqtisadçı AQTA ya səsləndi: Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək

İqtisadçı AQTA ya səsləndi: Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

"Qida zəhərlənməsi bütün dünya ölkələrində mövcuddur, ən inkişaf etmiş ölkələr də, Azərbaycan da bundan geri qalmır. Əgər biz Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi statistikasına baxsaq, Azərbaycanda ümumdünya göstəricisində zəhərlənmə 1400 dəfə azdır. Bu, yalancı statistikadır və bunu düzəldən adamlar bundan həzz alırlar".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov ötən gün Şəmkirdə kütləvi şəkildə dönərdən zəhərlənmə halının baş verməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycandakı zəhərlənmə statistikasını yalandan yazan adamlar bundan həzz alır, əksinə bu statistika dünyakı rəqəmlərə tam uyğundur:

"Məşhur iqtisadçı Adam Smitin yaxşı misalı var, deyir mən üç yalan tanıyıram, yalan, ağ yalan, bir də statistika. Görünür, Azərbaycanda bu statistika baxıb, həzz alırlar, deyirlər, bizdə zəhərlənmə yoxdur. Lakin əslində belə deyil, elə mətbuatdan oxuduğumuz zəhərlənmə hallarına baxsaq, görərək ki, dünya statistikasına uyğundur. Bütün bunların birinci dərəcəli kökü ondan ibarətdir ki, Azərbaycanda istehlakçı hüquqları məsələsi bərbad vəziyyətdədir. Təsadüfi deyir ki, bu il martın 3-də Milli Məclisdə Ombudsmanın 101 səhifəlik illik hesabatı dinlənildi, mən də oradaydım və bir dəfə də olsun istehlakçı sözü işlənmədi. İstehlakçı hüququna insan hüquqlarının tərkib hissəsi kimi baxılmır. Təəssüflər olsun, elə həmin günlərdə 15 nəfər spirtli içki içib ölmüşdü, mən bunu da Milli Məclisdə səsləndirdim. İstehlakçı hüquqlarının məsələsi haqqında qanun 1995-ci ildə qəbul olunduğundan bəri dəyişdirilmir. Baxmayaraq ki, ölkə prezidentinin fərmanı ilə illər boyu İqtisadiyyat Nazirliyinin tərkibində olan Antihisar və Bazar Nəzarət Dövlət xidməti bu ilin fevralından prezident yanında Antihisar və Bazar Nəzarət Dövlət Agentliyinə çevrildi və köhnə komanda da yenə də qanunun dəyişdirilməsi üçün heç bir iş görmürdü. Üstəlik, Qida Təhlükəsizliyi Agentliyinin apardığı iş zəruri olsa da kafi deyil. Yəni gedirlər, yoxlayırlar və elə bir sənəd qoymurlar ki, istehlakçı gəlib o sənədi soruşanda bilsin ki, agentlik bura nəzarət edir. Heç kəs deyə bilməz ki, dönərxanaların divarında asılan o kağızlar orada bişən dönərə aiddir, yoxsa yox. Bir yerdən rəsmi sənəd alırlar və ondan sonra öz bildiklərini edirlər".

İqtisadçı qeyd edib ki, dönərdən zəhərlənmə nadir hallarda ətdən olur, daha çox ona qatılan ketçup və mayonezdən yaranır:

"Təsadüfi deyil ki, bir neçə il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsi regionlardan at, eşşək ətinn, murdar olunan heyvan ətlərinin Bakıya daşınmasını ifşa etdi, Leş Tofiq kimi bir nəfər də həbs edildi. Əfsuslar olsun ki, bu qurum bu işləri ardıcıl aparmadı. Bu sahədə ən mükəmməli işi həmin qurum görür. Düşünürəm ki, həmin quruma geniş səlahiyyətlər verilməlidir, onlar daha fəal iş aparmalıdırlar. Dönərlərdən zəhərlənmənin ətdən baş verdiyi çox az hallarda olur. Düzdür, toyuq əti tez çirkələnən ətdir, bundan ola bilər, lakin zəhərləmə halına gələndə, xüsusən mal əti pis qoxu verir, göyərir, ona yaxın durmaq olmur. Buradakı digər komponentlər də var, mayonezlər, ketçuplar və s. Bunların zəhərlənmələrdə rolu var. Ayrıca, dönər bu gündən sabaha qaldı, onu hansı şəraitdə saxlayırsan saxla, artıq o çiylənmiş olacaq. Elə bir iş aparmaq lazımdır ki, bugü dən sabaha qalan dönərlər yenidən istehlaka yarasız kimi qiymətləndirilsin və atılsın".

E. Hüseynov əlavə edib ki, AQTA-nın əl-qolu açılmalı və cəld yoxlama mexanizminə keçilməlidir:

"Bir sözlə, Qida Təhlükəsizliyi Agentliyi elə bir iş aparmalıdır ki, istehlakçı yaxınlaşanda orada bir sənəd görsün. Sertifikat anlayışı yox, bir şey yox, istehlakçı nədən bilsin ki, hansı dönərxanaya Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir? Agentliyin əl-qolu açılmalıdır, onların cəld yoxlama mexanizmi yoxdur, yoxlamaq gedəndə gərək xəbərdarlıq etsinlər və s. Bu məsələlər həll olunmalıdır, onlar cəld yoxlama mexanizminə malik olmalıdır. Nə qədər ki, bu məsələlər həll olunmayıb, zəhərlənmələr də davam edəcək".

Mikayıl Mirzəzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Avqust 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see351

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri