Icma.az
close
up
RU
İqtisadçı: İdxaldan asılılıq quru meyvələrin qiymətlərinin bahalaşmasına səbəb ola bilər

İqtisadçı: İdxaldan asılılıq quru meyvələrin qiymətlərinin bahalaşmasına səbəb ola bilər

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bazarlarda yerli məhsullardan çox xaricdən gətirilənlər boldur, qiyməti də yerli məhsulla müqayisədə daha ucuzdur.

Xəzər TV məlumat verir ki, Novruz bayramı ilə əlaqədar yerli şabalıdın kiloqramı 15-17 manat, ölkəyə Çindən gətirilən şabalıdın qiyməti isə 8-9 manat arasında dəyişir.

Özbəkistandan gətirilən qabıqlı qozun kiloqramı 7 manat, fındığın qiyməti isə 6 manat, yerli məhsullardan qabıqlı qoz 10-12 manat, fındıq 9-10 manatdan təklif olunur. Badam 4.80, yapon qozu isə 9 manatdan təklif edilir.

Ən bahalı çərəz isə püstədir. Püstənin qiyməti 27-35 manatdır.

Satıcılar yerli məhsullların qıt olduğunu əsas gətirərək qiymətin baha olduğunu deyir:

Onlar deyir ki, ləpənin qiyməti baha olsa da, hazırda ona tələbat da çoxdur:

İqtisadçılar isə hesab edir ki, 2024-cü ildə də məhsuldarlıq aşağı düşüb və hava şəraiti ilə bağlı bəzi məhsulları dolu vurub. Məhsulun qıtlaşması qiymətinə də öz təsirini göstərib.



Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycanda çərəzlərin bir sıra növlərinin tədarük göstəriciləri kifayət qədər yüksəkdir:


“Azərbaycan dünyanın ən çox fındıq ixrac edən 4 ölkəsindən biridir. Ölkəmizdə şabalıd tədarükü də 2023-cü il ilə müqayisədə 2024-cü ildə təxminən 17 faiz artıb. Quru meyvələrin idxalı ilə bağlı statistikada isə fərqli mənzərə var. Azərbaycan əsasən İran və Türkiyədən quru meyvə idxal edən ölkədir və idxal son illərdə kifayət qədər artıb. Məhz idxaldan asılılıq quru meyvələrin qiymətlərinin bahalaşmasına səbəb ola bilər. Lakin fındıq, qoz, şabalıd kimi qəbildən olan və  yerli tədarük göstəriciləri ürəkaçan sayılan məhsullar üzrə qiymətlərin bahalaşacağı gözlənilir. Bayram ərəfəsi bahalaşma quru meyvələrlə bağlı ola bilər. Eyni zamanda düyülərin qiymətlərinin də bahalaşacığı gözlənilir. Lakin bu bahalaşma bazarın tələbi ilə təbii bahalaşma kimi qiymətləndirilə bilməz. Çünki faktiki olaraq ölkəyə bayram ərəfəsindən öncə kifayət qədər quru meyvələr idxal  edilib. Əgər qiymətlər ciddi şəkildə bahalaşacaqsa, bazardakı inhisarçıların təşəbbüsü ilə baş verə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Mart 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri