Icma.az
close
up
RU
İqtisadçı: “İnfluencerlərin gəlirləri vergiyə cəlb olunmalıdır”

İqtisadçı: “İnfluencerlərin gəlirləri vergiyə cəlb olunmalıdır”

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan qanunvericiliyinə əsasən, influencerlər və rəqəmsal platforma təsisçiləri vergi ödəyicisi sayılırlar”.

Bunu Gununsesi.info–ya danışan iqtisadçı Rəşad Həsənov, influencerlər və rəqəmsal platforma təsisçilərinin vergi ödəyicisi olmaları ilə bağlı fikirlərini şərh edərkən bildirib:

“Əvvəlki dövrlərdə də bu kateqoriyadan olan şəxslərin, istər vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, istərsə də qeydiyyatsız şəkildə fəaliyyət göstərmiş olmalarından asılı olmayaraq, əldə etdikləri gəlirlərin vergiyə cəlb olunması Vergi Məcəlləsində nəzərdə tutulmuşdu.

Belə ki:

VÖEN alaraq fəaliyyət göstərən şəxslər sadələşdirilmiş vergi rejimi ilə fəaliyyət göstərirdilər; Əgər onlar hüquqi şəxslərə xidmət göstərirdilərsə və bu fəaliyyət müəyyən dövriyyə həddini keçirdisə, həmin şəxslər gəlir vergisi ödəyicisi kimi tanınırdılar.

2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş qanunvericiliyə əsasən isə bu sahədə aşağıdakı vergi dərəcələri tətbiq edilir:

İllik dövriyyəsi 000 manata qədər olan fiziki şəxslər 5% sadələşdirilmiş vergi ödəyirlər; İllik dövriyyəsi 000 manatdan artıq olduqda, həmin məbləğdən yuxarı olan hissəyə 20% gəlir vergisi tətbiq olunur.

Təbii ki, yuxarıda qeyd olunan vergi öhdəlikləri yalnız fəaliyyət rəsmi şəkildə rəsmiləşdirildiyi, yəni leqallaşdırıldığı halda keçərlidir.

Əgər şəxs vergi ödəyicisi kimi qeydiyyatdan keçməyibsə, bu zaman da qanunvericilikdə vergitutma mexanizmi nəzərdə tutulub. Belə hallarda influencerlə xidmət müqaviləsi bağlayan tərəf — yəni xidməti alan şəxs və ya təşkilat — vergiləndirmə məsuliyyətini daşıyır.

Bu halda vergi, gəlirin mənbəyində tutulur: xidməti alan tərəf influencerə ödənilən məbləğdən müvafiq vergini tutur və dövlət büdcəsinə ödəyir”.

Rəşad həsənov vurğulayıb ki, qanunvericiliyə edilən son dəyişikliklərə əsasən, influencerlər artıq mütləq qaydada vergi ödəyicisi kimi qeydiyyatdan keçməli və rəsmi şəkildə fəaliyyət göstərməlidirlər:

“Bu dəyişiklik onların ya sadələşdirilmiş vergi, ya da gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməsini zəruri edir.

Əgər hər hansı şəxs qeydiyyatdan keçmədən, vergidən yayınaraq, qeyri-rəsmi reklam fəaliyyəti ilə məşğul olursa, bu halda onun fəaliyyəti qanun pozuntusu sayılır və həmin şəxs İnzibati Xətalar Məcəlləsinə və Vergi Məcəlləsinə əsasən müvafiq sanksiyalarla cəzalandırıla bilər.

Bu isə artıq vergi nəzarətinin və hüquqi məsuliyyətin ayrıca tənzimləndiyi sahədir.

Qiymətlərə gəldikdə isə, onlar bazar prinsiplərinə uyğun olaraq formalaşır. Bu, nisbidir və əsasən təklif və tələbin səviyyəsindən asılıdır.

Əgər bazarda tələb yüksəkdirsə, qiymətlər də artmaqda davam edəcək.
Əksinə, əgər tələb azalarsa, bu zaman qiymətlərin ucuzlaşması müşahidə oluna bilər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Avqust 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri