İqtisadçı: Tikinti sahəsinə nəzarətin gücləndirilməsi şəhərin nizamlı inkişafı üçün müsbət addımdır
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
Tikinti və şəhərsalma sahəsində fiziki və hüquqi şəxslərin məsuliyyətinin artırılması məqsədilə qanunvericilikdə nə kimi dəyişikliklər edilib?
İqtisadçı Anar Qurbanov AZƏRTAC-ın sualına cavab olaraq bildirib ki, Azərbaycanda son illərdə tikinti və şəhərsalma sahəsində fiziki və hüquqi şəxslərin məsuliyyətini artırmaq məqsədilə qanunvericilikdə bir neçə mühüm dəyişiklik aparılıb. Bunlardan ən mühümü Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində 30 may 2023-cü il tarixdə edilmiş dəyişikliklərdir. Bu dəyişikliklər fiziki və hüquqi şəxslərin, tikinti şirkətlərinin, layihəçilərin, sifarişçilərin üzərinə daha çox məsuliyyət qoyur. Belə ki, elektron sistemlər vasitəsilə nəzarətin gücləndirilməsi onların icra mexanizmlərini daha effektiv edəcək. Yazılı göstəriş mexanizmi izahı daha formal, sistematik nəzarəti təmin edir və pozuntuların fərdi şəkildə nəzərdən keçirilməsini tələb edir. Məsuliyyət müddətlərinin qısaldılması (məsələn, 6 aylıq limit) məsuliyyəti reallaşdırmaq üçün daha operativ imkan yaradır, Bu isə qanun pozuntularına daha tez reaksiya verilməsinə şərait yarada bilər.
A.Qurbanov qeyd edib ki, uzun illər ərzində Bakı şəhərində müəyyən nizamsız tikinti və planlaşdırılmamış inkişaf halları müşahidə olunurdu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu sahəyə nəzarəti artırması isə vəziyyətin tənzimlənməsi və şəhərin nizamlı şəkildə inkişafı üçün müsbət addımdır.
“Onu da qeyd etmək lazımdır ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın icra edilməsi ilə Bakı böyüyən, yaşana bilən, ekoloji, ağıllı və sosialyönümlü şəhərə çevriləcək”,- deyə iqtisadçı vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 20 Noyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















