Icma.az
close
up
RU
İqtisadçı: “Xidmət sektoru iqtisadi artımın yeni lokomotivinə çevrilib”

İqtisadçı: “Xidmət sektoru iqtisadi artımın yeni lokomotivinə çevrilib”

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“2025-ci il Azərbaycan iqtisadiyyatı üçün yeni imkanların formalaşdığı il kimi tarixə düşəcək. Bir tərəfdən regionda artan geosiyasi gərginlik, enerji bazarındakı dalğalanmalar və investisiya axınlarının zəifləməsi, digər tərəfdən isə dövlətin apardığı balanslaşdırılmış fiskal siyasət, manatın sabitliyi və qeyri-neft sektorunun genişlənməsi ölkənin iqtisadi sistemini xarici təzyiqlərə qarşı davamlı vəziyyətə gətirib”.


Bu sözləri “Sherg.az"a açıqlamasında “MBA Consulting Group” şirkətinin rəhbəri, iqtisadçı ekspert Faiq İbrahimov söyləyib.


Ekspert bildirib ki, yaşadığımız il Azərbaycan iqtisadiyyatında yeni struktur dəyişikliklərinin əsasını qoydu və iqtisadi modelin tədricən şaxələnməyə doğru istiqamətləndiyini göstərdi: 

“Əgər bir neçə il öncə iqtisadi artımın əsas mənbəyi yalnız enerji ixracı idisə, bu gün biz iqtisadiyyatın müxtəlif sahələrində - inşaat, xidmətlər, kənd təsərrüfatı və İT sektorunda real dinamika müşahidə edirik. Bu, ölkə iqtisadiyyatının artıq “təkəsaslı” modeldən “çoxəsaslı” modelə keçidini göstərir. Azərbaycan iqtisadiyyatının ikinci nəfəsi məhz daxili potensialdan gəlir”.


İbrahimovun sözlərinə görə, 2025-ci ildə iqtisadi artım tempinin nisbətən yavaşlaması əsasən enerji hasilatının azalması və qlobal bazarlarda tələbin zəifləməsi ilə bağlı olsa da, daxili bazarda aktivliyin qorunması və qeyri-neft sahələrinin canlanması ümumi tarazlığı təmin etdi: 

“Manatın sabitliyi, büdcə intizamının qorunması və inflyasiyanın idarəolunan səviyyədə saxlanması ölkənin iqtisadi dayaqlarını daha da gücləndirdi. Sabitlik təsadüfi deyil, sistemli maliyyə idarəçiliyinin nəticəsidir. Bu, dövlətin iqtisadi siyasətində uzunmüddətli düşünmənin və real sektorun dəstəklənməsinin bariz nümunəsidir”.


İqtisadçı qeyd edib ki, xidmət sektoru son illərdə iqtisadi artımın yeni lokomotivinə çevrilib: 

“Turizm, logistika, ticarət və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlərin sayı və dövriyyəsi artmaqdadır. Azərbaycan artıq təkcə resurs ixrac edən ölkə deyil, regionda xidmət və biznes mərkəzinə çevrilmək istiqamətində ciddi addımlar atır. Bu tendensiya strateji baxımdan çox önəmlidir, çünki dayanıqlılıq artıq resurslardan deyil, çevik iqtisadi strukturlardan və bilik əsaslı sektorlardan gəlir. 2025-ci ildə inflyasiya təzyiqlərinin hiss olunmasına baxmayaraq, hökumət və Mərkəzi Bankın koordinasiyalı siyasəti qiymət artımlarının sosial təsirlərini minimuma endirdi”. 


“Bununla belə, idxal asılılığının və istehsal xərclərinin yüksək qalması 2026-cı il üçün daha ağıllı fiskal idarəetmə, daxili istehsalın təşviqi və yerli bazarın dərinləşdirilməsi zərurətini önə çıxarır” söyləyən iqtisadçı qarşıdan gələn ili “ehtiyatlı optimizm ili” adlandırır: 

“Qlobal enerji qiymətlərinin sabitləşməsi, regionda logistika və nəqliyyat dəhlizlərinin yenidən aktivləşməsi, eləcə də Azərbaycanda investisiya mühitinin qorunması yeni imkanların yaranmasına şərait yaradır. 2026-cı ildə artımın əsas mənbəyi qeyri-neft sektoru olacaq. Turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları və maliyyə xidmətləri kimi istiqamətlərdə həm dövlət dəstəyi, həm də özəl təşəbbüslərin artması gözlənilir. Bununla yanaşı, yaşıl enerji layihələrinin, külək və günəş parklarının inkişafı Azərbaycanın enerji balansını tamamilə dəyişdirəcək və ixrac potensialını genişləndirəcək.”


O hesab edir ki, 2026-cı ildən etibarən iqtisadi siyasətin əsas prioriteti insan kapitalının inkişafı, rəqəmsallaşma və innovasiyalara əsaslanan iqtisadi modelin formalaşdırılması olmalıdır:

“Böyümə artıq yalnız rəqəmlərlə deyil, keyfiyyətlə ölçülməlidir. Əgər bu mərhələdə idarəetmə şəffaflığı, rəqəmsal iqtisadiyyatın tətbiqi və innovativ düşüncə gücləndirilərsə, Azərbaycan regionda deyil, bütün Avrasiya məkanında yeni inkişaf nümunəsi kimi tanınacaq. Azərbaycan iqtisadiyyatı 2025-ci ildə sabitlik mərhələsini tamamlayaraq, çevrilmə və keyfiyyətli inkişaf dövrünə daxil olub. Qlobal risklər fonunda əldə edilən nəticələr iqtisadi siyasətin düzgün istiqamətini, cəmiyyətin iqtisadi çevikliyini və ölkənin yeni mərhələyə hazır olduğunu sübut edir". 


Ekspertə görə, hazırda əsas məqsəd daha çox dəyər yaratmaq, daha az risklə böyümək və daha geniş bazarlara çıxışdır: 

"Azərbaycanın iqtisadi gələcəyi artıq yalnız resurslara deyil, bilik, idarəetmə və innovasiyaya əsaslanmalıdır. Bu model reallaşarsa, 2026-cı ilin sonuna qədər Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq". 


İsmayıl Qocayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Noyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri