Icma.az
close
up
RU
İqtisadi artım azalıb, xarici ticarətsə artıb: Nəyin üzərində köklənməliyik?

İqtisadi artım azalıb, xarici ticarətsə artıb: Nəyin üzərində köklənməliyik?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Pərviz Heydərov yazır...

Cari ilin ilk ayının yekununa ölkəmizdə ümumi daxili məhsul istehsalında (ÜDM) 0.9% geriləmə qeydə alınsa da, xarici ticarət dövriyyəsində vəziyyət qənaətbəxş olub. Həm bu baxımdan, həm də söhbət ilin ilk ayından getdiyindən ÜDM-də azalmanı ajiotaj kimi qəbul etməyə lüzum yoxdur. Belə ki, ölkədə neft-qaz hasilatı əvvəlki səviyyədə olmasa da, təşviş yaradacaq vəziyyət mövcud deyil. O səbəbdən ki, qeyri-neft sektoru iqtisadi artımda hərəkətverici qüvvə rolunda çıxış edir.

Odur ki, ÜDM istehsalında azalma müvəqqəti xarakter daşıyır. İlin birinci rübü ərzində vəziyyət çox güman ki, dəyişəcək. Yəni, qeyd olunan göstəricidə artım qeydə alınacaq. Ümumiyyətlə, birdəfəlik qəbul etmək lazımdır ki, ölkədə neft hasilatında enmə var və neftin qiyməti əvvəlki səviyyədə deyil, olmayacaq da. Qazla bağlı vəziyyət isə stabil xarakter daşımır. Azərbaycanda isə ÜDM-in həcmi bu sahəyə bağlıdır. Ona görə də ciddi narahatlığa ehtiyac yoxdur.

Əsas məsələ xarici ticarət dövriyyəsidir. Başqa sözlə, ölkənin nə qədər alıb və nə qədər satdığı məsələ... Bu ilin yanvarında Azərbaycan üzrə qeyd olunan göstərici isə 5 milyard 90 milyon 838 min ABŞ dolları təşkil edib ki, ixrac əməliyyatları həcmi 3 milyard 38 milyon 454 min ABŞ dollarına, idxal əməliyyatlarısa 2 milyard 52 milyon 384 min dollara bərabər olub.

Beləliklə də, 986 milyon 70 min manat müsbət saldo əldə edilib.

Müqayisə üçün qeyd edim ki, 2024-cü ilin yanvarında ölkəmizin xarici ticarət əməliyyatlarının həcmi 2 milyard 986 milyon 92 min ABŞ dolları təşkil etməklə, ixrac 1 milyard 142 milyon 116 min dollara, idxalsa 1 milyard 843 milyon 977 min dollara bərabər olmaqla, müsbət saldo 701 milyon 861 min dollara çatırdı.

Göründüyü kimi, yanvarda xarici ticarət yaxşı vəziyyətdə olub. Halbuki, bu sahədə göstəricimiz 2023-cü ildən azalmağa başlayıb. Şərhlərimdə bunun səbəbini göstərərək yazırdım ki, problem təkcə neft-qaz sektorunda deyil, qeyri-neft-qaz məhsulları ixracı, dəyəri də azalır. Statistikaya görə isə ölkə iqtisadiyyatı durmadan artır və bu, ən çox qeyri neft-qaz sektoru hesabına baş verir.

Odur ki, xarici ticarət dövriyyəsində dönüşü qoruyub saxlamaq tələb olunur. Bu, ÜDM istehsalı həcmi üçün yeganə çıxış yoludur. Düzdür, ÜDM istehsalı həcmi tezliklə az-çox əks istiqamətdə dəyişəcək. Bununla belə, yaxın gələcəkdə ümumi iqtisadi artımda əsas göstərici rolunda onsuz da qeyri-neft-qaz ixracı çıxış etməlidir və edəcək də...

Ümumiyyətlə, əslində ÜDM istehsalı həcminin enməsi fonunda xarici ticarət dövriyyəsinin artması paradoksal haldır. Ötən il xarici ticarətimiz bir il əvvəlki, yəni 2023-cü illə müqayisədə faktiki qiymətlərlə 1.3% artdığı halda, real ifadədə 3.5% azalıb və bu zaman ixrac 7.4% az təşkil edərək, idxal 3.1%-ə qalıb.

2024-cü ildə qeyri-neft-qaz məhsullarının ixracı 3 milyard 356,5 milyon dollar təşkil edib və 2023-cü ilə nisbətən faktiki qiymətlərlə 0.3% artıb, real ifadədə isə 13.0% azalıb.

Qeyd olunan ildə əvvəlki illə müqayisədə məsələn, təzə tərəvəz ixracı 0.7%, şəkər 59.9%, tütün 2.5 dəfə, meyvə və tərəvəz konservləri 16.1%, bitki yağları 81.1%, marqarin, qida üçün yararlı digər qarışıqlar 60.3%, çay 2.1%, pambıq lifi 71.3%, mineral gübrələr 56.0%, pambıq ipliyi 3.2%, bentonit gili 27.6% artdığı halda, təzə meyvə ixracı 2.2%, kartof 32.1%, meyvə və tərəvəz şirələri 12.5%, təbii üzüm şərabları və üzüm suslosu 42.6%, polipropilen 27.5%, polietilen 23.1%, elektrik enerjisi 59.4%, emal olunmamış alüminium 17.4%, sement klinkerləri 1.2%, qara metallardan çubuqlar 2.6%, qara metallardan borular 1.5% azalıb.

Cari ildə bütün bu göstəricilər daha dolğun şəkildə müsbətə doğru dəyişməlidir. Ən azı o səbəbdən ki, ölkədə istehsal olunan qeyri-neft-qaz sektoru məhsullarının ümumi ixracda payı onsuz da cüzidir. Hələ ki, heç bir ciddi əhəmiyyətli kütləvi istehlak tələbatına malik sənaye məhsulu istehsal etmirik və yaxud da edə bilmirik. Əsas kənd təsərrüfatı məhsullarıdır, meyvə-tərəvəzdir və sair.

Bunların da ixracı azalıb və azalmaqda da davam edir. Niyə?

Hər dəfə qeyd etdiyim kimi, Rusiya-Ukrayna müharibəsinə görə. Ölkəmizdən qeyri-neft-qaz məhsullarının ixracının azalmasına zəmin yaradan 2022-ci ildən bəri məhz bu faktordur ki, qeyd olunan müharibənin yaratdığı fəsadlar, konkret desək, eyni bazardan asılı olmağımız 2023-cü ildən etibarən xarici ticarətimizdə iqtisadiyyatın hər iki sektoru üzrə ixracı boğur və bu, dayanıqlı xarakter almaq istəyir.

Doğrudur, ölkə iqtisadiyyatının inkişafında Rusiya bazarının böyük önəmi var və bu, ənənəvi xarakter daşıyır. Lakin qeyri-neft-qaz sektoru, xüsusən də kənd təsərrüfatı məhsulları ixracı, meyvə-tərəvəz üzrə şaxələnmiş bazar şəraiti imkanlarına sahib olmamağımız ciddi mənfi xarakter daşıyır.

Halbuki, sözügedən sektor bir nömrəli inkişaf prioriteti daşıyan ölkədə ixrac bazarlarının sayının çox olması və bu sahədə alternativlik, nail olunması ən vacib məsələlərdən sayılır.

Ümumiyyətlə, iqtisadi artımda ən dayanıqlı hərəkətverici qüvvə xırda istehsalçılar, fərdi təsərrüfatlar hesab olunurlar ki, bizdəsə bu kontingentdə olanlar Rusiyaya alternativ heç bir bazar tanımırlar. Və iş ondadır ki, neçə illərdir qeyri neft-qaz sektorunun inkişafını prioritet seçilsə də vəziyyət eyni olaraq qalır.

Sözün qısası, neft-qaz sektoru məhsullarının ixracda payı yüksək olduğundan, onun azalması fonunda qeyri neft-qaz sektoruna daxil məhsulların ixracı gərək azalmasın, artsın. Ümumiyyətlə, qeyri-neft-qaz sektoru məhsulları ixracı dinamik şəkildə lap artsa da belə, onun sürəti neftdən və qazdan əldə etdiklərimizi əvəz edən də deyil.

Buna rəğmən, xarici ticarətimizi durmadan artırmağa çalışmalıyıq ki, ÜDM istehsalı həcminin drayveri rolunda yeganə olaraq məhz bu amil çıxış etsin. İxrac artmasa istehsalı genişləndirmək əsla mümkün deyil. Təkrar edirəm, yanvarda iqtisadi artım azalıb, xarici ticarət isə artıb. Məhz sonuncu üzərində köklənməliyik ki, birinci üzrə də qarşıya qoyulan hər bir vəzifə və öhdəlik də həllini tapa bilsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Fevral 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see230

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see195

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see170

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see161

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see158

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see147

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see144

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see136

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see136

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see135

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see134

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see134

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see131

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see126

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri