Icma.az
close
up
RU
İqtisadi bağlantıların qurulması qlobal qarşıdurmanı səngidə bilər

İqtisadi bağlantıların qurulması qlobal qarşıdurmanı səngidə bilər

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibə ölkə ictimaiyyəti ilə yanaşı, beynəlxalq auditoriyanın da diqqət mərkəzindədir. İlk növbədə, məzmun dolğunluğuna və fikir açıqlığına görə. İkincisi, təkqütblü və çoxqütblü dünya nizamı uğrunda mübarizə aparan aktorlara verilən mesajların ünvan dəqiqliyinə görə. Nəhayət, müsahibənin böyük maraqla qarşılanmasının və geniş müzakirələrə yol açmasının əsas səbəblərindən biri də siyasi mesajların Cənubi Qafqazda yeni geosiyasi reallığın müəllifi-Azərbaycan Prezidenti tərəfindən verilməsi ilə bağlıdır.

Dünyanın iki ən böyük iqtisadiyyatına malik olan ABŞ və Çin arasında ciddi rəqabətin mövcudluğu sirr deyil. Təəssüf ki, bu cür rəqabət təhlükəli qarşıdurma ehtimalı ilə bağlı mülahizələrə də yol açır. Nəticədə Qlobal Cənubla Qlobal Şimal arasında qarşılıqlı faydalanmaya hesablanan və ciddi iqtisadi tərəqqiyə xidmət edə biləcək böyük layihələrin aqibəti sual altına düşür. Halbuki onların gerçəkləşməsi istisnasız bütün ölkələrə, bütövlükdə dünya iqtisadiyyatına ciddi sıçrayış vəd edir. Azərbaycan tutduğu üstün coğrafi mövqeyindən və artıq yaratdığı logistika imkanlarından çıxış edərək, həmin layihələrə marağını gizlətmir və etibarlı tərəfdaş kimi prosesə töhfə vermək mövqeyinə sadiq olduğunu açıq şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin müsahibə zamanı verdiyi mesaj Azərbaycan hakimiyyətinin strateji seçiminin dəyişməz qaldığını bir daha təsdiq etdi: “Qlobal Cənubun bir hissəsi olaraq biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir”.

Etimad məsələsinə gəldikdə, jurnalistin verdiyi suallar da göstərdi ki, ABŞ-ın yeni Administrasiyasının bəyanatları Avropanın aparıcı ölkələrində olduğu kimi, Qlobal Cənubda da həssaslıqla qarşılanır, bəzi dairələrdə isə narahatlıq doğurur. Prezident İlham Əliyev müşahidə edilən narahatlıqla bağlı xüsusi olaraq vurğuladı ki, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Dövlətimizin başçısı bir daha xatırlatdı ki, Bayden administrasiyasının Azərbaycana ədalətsiz münasibəti səbəbindən ötən 4 il ölkəmiz üçün dövlətlərarası münasibətlərimizdə itirilmiş illər hesab olunur. Prezident  onu da qeyd etdi ki, ABŞ-da Administrasiya  dəyişikliyi ilə bağlı bəzi Avropa liderlərinin sərgilədiyi qeyri-müəyyənliyi bölüşmür. Dövlətimizin başçısı mövqeyini  belə əsaslandırdı: “Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik”.

Prezident İlham Əliyevin mövqeyini gücləndirən arqumentlərdən biri də onunla bağlıdır ki, Prezident Trampın bəyanatlarından göründüyü kimi, onun daxili və xarici siyasət sahəsində prioritet hədəfi ABŞ-ı iqtisadi cəhətdən daha da gücləndirmək, ölkəsinin iqtisadi maraqlarını bütün coğrafiyalarda təmin etməklə bağlıdır. ABŞ və Çin liderləri arasında artıq baş tutan telefon danışığı da iki güc arasında qeyri-müəyyənliyin dəf olunacağına ümidləri artırır. Azərbaycanın Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünə, Orta Dəhlizə və bütövlükdə Qlobal Cənubla Qlobal Şimal arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə göstərdiyi maraq bu konsepsiya ilə tam üst-üstə düşür. Ölkəmizin coğrafi mövqeyi, habelə Türk dövlətlərini iqtisadi cəhətdən bir-birinə daha sıx bağlamaq strategiyası həmin layihələrdə fəal iştirakımızı zərurətə çevirir. Azərbaycan iqtidarı hesab edir ki, qarşılıqlı faydalılığa söykənən istənilən iqtisadi əməkdaşlıq formatı qlobal qarşıdurmanın səviyyəsini zəiflədə, onun təhlükəli fəsadlarını aradan qaldıra bilər. Prezident İlham Əliyev Qlobal Cənub və Qlobal Şimal arasında etibarlı iqtisadi əlaqələrin qurulmasına Azərbaycan tərəfindən göstərilən marağın digər mühüm səbəbini də açıq şəkildə ifadə etdi: “Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır... İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar-bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı”.

Azərbaycan Prezidenti bu mesajı ilə dünya ictimaiyyətinin diqqətinə faktiki olaraq çatdırdı ki, istər Cənubi Qafqazda, istər Yaxın Şərqdə, istərsə də Şərqi Avropada münaqişə rüşeymlərinin əkilməsinin baiskarı və onların zaman-zaman körüklənməsinin səbəbkarı beynəlxalq hüququ heçə sayan imperiya ambisiyalarıdır. Heç şübhəsiz ki, vəziyyətin bu yerə çatmasının əsas səbəblərindən biri də bəzi liderlərin qətiyyətsizliyi və öz xalqı ilə yanaşı, beynəlxalq auditoriya ilə açıq mətnlə danışa bilməməsi, yaxud öz adı ilə desək, ürkək mövqedə olmaları ilə bağlıdır. Əminəm ki, Prezident İlham Əliyevin verdiyi növbəti mesaj həm bu cür liderləri silkələyəcək, həm də nüfuzlu beyin mərkəzlərinin diqqətindən yayınmayacaq: “Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız”.

Azərbaycan Prezidenti bu mesajı ilə dünya ictimaiyyətinə və tarixi Zəfərimizi hələ də həzm edə bilməyən, bu səbəbdən Ermənistanı hücum silahları ilə silahlandırmaqla onu xam xəyallara şirnikləndirən  dairələrə bir daha xatırlatdı ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası missiyasında heç bir təhdid və şantaj ritorikası Azərbaycanı haqq yolundan döndərə bilmədiyi kimi, bundan sonra da heç bir təzyiq, o cümlədən dini və etnik təəssübkeşlikdən doğan qərəzli qətnamələr sicilləməsi  Azərbaycan hakimiyyətini mövqeyindən və ədalətli ambisiyalarından çəkindirə bilməyəcək. Demokratiya pərdəsi altında gizlənən ikili standartlar siyasətinin müəllifləri onu da bilməlidirlər ki, Azərbaycanda ictimai inam məhz bu amal və ümumxalq maraqlarına xidmət edən qətiyyətli Lider faktoru ətrafında birləşdiyinə görə onun tarixi nəticəsi göz qabağındadır. Bunları görməmək və bu reallıqla hesablaşmamaq siyasi cəhətdən cılızlıq, elementar sadəlövhlük deməkdir.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Fevral 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri