Icma.az
close
up
RU
İrakli Kobaxidze: Aİ ilə vizasız rejimin mümkün dayandırılması ilə bağlı müzakirələr gürcü xalqına qarşı şantaj vasitəsidir

İrakli Kobaxidze: Aİ ilə vizasız rejimin mümkün dayandırılması ilə bağlı müzakirələr gürcü xalqına qarşı şantaj vasitəsidir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 16 iyul, AZƏRTAC

Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirlər Şurasının ölkədə demokratik vəziyyətin yaxşılaşdırılması ilə bağlı Gürcüstan hakimiyyətinə göndərdiyi tövsiyələr ölkə rəhbərliyi və hakim partiya tərəfindən birmənalı qarşılanmayıb.

AZƏRTAC xəbər verir ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının rəhbərliyi və deputatları Aİ-nin bu məktubunu şantaj kimi qiymətləndiriblər.

Hakim partiyanın sədri və Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, Aİ ilə vizasız rejimin mümkün dayandırılması ilə bağlı müzakirələr gürcü xalqına qarşı şantaj vasitəsidir. Onun sözlərinə görə, belə bir addım əks-məhsuldar olacaq.

“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının deputatı Levan Maxaşvili bildirib ki, Avropa institutları rəsmi Tbilisiyə təzyiq göstərmək, təhdid və şantaj siyasətini davam etdirir. Grcüstan hakimiyyəti bununla bağlı narahatlıqlara baxmayaraq, ölkəni dəstəkləyən həm tərəfdaşlarla, həm də tənqidi qüvvələrlə əməkdaşlığa hazırdır.

“Aİ təsisatlarından öz maraqları üçün Gürcüstan ilə bundan sonra da şantaj və təhdid dili ilə danışılacaq. Amma baş verənləri ayıq şəkildə qiymətləndirən və Aİ-nin siyasətinin sağlam düşüncə və ümumi geosiyasi maraqlara əsaslanmalı olduğuna inanan Aİ-yə üzv dövlətlər də var", - deyə, Maxaşvili vurğulayıb.

Onun sözlərinə görə, əks qüvvələr də məsələyə sağlam düşüncə ilə yanaşacaq və doğru yola qayıdacaqlar.

Hakim partiyadan olan digər deputat Tengiz Şarmanaşvili isə bildirib ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Gürcüstanla bağlı heç bir qərar qəbul edə bilməyiblər, çünki ayrı-ayrı ölkələrin liderləri çox praqmatik yanaşma nümayiş etdiriblər.

“Onlar başa düşürlər ki, Gürcüstanla münasibətlərin bu cür pozulması Avropanın özünün maraqlarına uyğun gəlmir. Amma ən acınacaqlısı odur ki, atdığımız hər addım və əldə etdiyimiz hər bir nailiyyət o zaman bizə qarşı istifadə olunur”, – deyə Şarmanaşvili vurğulayıb.

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski də bildirib ki, Aİ ölkələrinin əksəriyyəti Gürcüstanla vizasız rejimin dayandırılmasının əleyhinədir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri