İrakli Kobaxidze: Aİ nin vizasız rejimin dayandırılması barədə qərarı simvolik xarakter daşıyan texniki məsələdir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tbilisi, 27 yanvar, AZƏRTAC
Avropa İttifaqı Şurasının Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərarı simvolik xarakter daşıyan texniki məsələdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti üçün ən vacib olan odur ki, ölkədə sülhə təhlükə yoxdur və diplomatik pasportlarla Avropaya səfərlər sadəcə texniki məsələdir.
“Biz Avropa İttifaqına viza ilə və ya vizasız gedə bilərik, fərqi yoxdur. Yeganə vacib olan odur ki, biz ölkəmizdə sülhü və xalqımızın fundamental maraqlarını qorumağa davam etməliyik”, - deyə İ.Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 28 Yanvar 2025 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















